SAM-ın 10 illik yubileyinə həsr edilmiş sərgi keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

SAM-ın 10 illik yubileyinə həsr edilmiş sərgi keçirilib – FOTO

14:21 - 04 / 11 / 2017
SAM-ın 10 illik yubileyinə həsr edilmiş sərgi keçirilib – FOTO

Bu gün Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) 10 illik yubileyinə həsr edilmiş kitab sərgisi keçirilib.

1news.az-a SAM-ın mətbuat xidmətindən verilən məlumata görə, sərginin əsas məqsədi oxucuları qurumun geridə qoyduğu on hesabat ili ərzində ölkədə, regionda və beynəlxalq aləmdə baş verən proseslərin təhlilinə, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair yerli və xarici ekspertlər tərəfindən yazılan nəşrlərlə yaxından tanış etməkdən ibarətdir.

Sərgidə müxtəlif dillərdə nəşr edilən çap məhsulları ilə yanaşı, SAM-ın beynəlxalq və yerli jurnalları, eləcə də mərkəzin xüsusi nəşrləri də nümayiş etdirilib.

Qeyd edək ki, sərginin sonunda SAM-ın nəşrlərinin bir qismi oxuculara hədiyyə edilib.

S.Xankişiyeva

Paylaş:
884

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər