NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində döyüş atışlı təlim keçirilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində döyüş atışlı təlim keçirilib – FOTO

12:55 - 04 / 11 / 2017
NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində döyüş atışlı təlim keçirilib – FOTO

Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı planına əsasən, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində “N” nömrəli hərbi hissədə döyüş atışlı təlim keçirilib.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, təlim zamanı motoatıcı bölmənin təchizatı, avadanlığı, rabitə vasitələri ilə təminatı, eləcə də şəxsi heyətin ingilis dilini bilmə səviyyəsi, digər zəruri əməliyyat imkanlarının NATO standartları və tələbləri ilə uyarlılığı, Ortaq Qüvvələr Birliyi tərkibində və digər əməliyyatlar zamanı taktiki tapşırıqların icrası və döyüş atışlı məşğələlər yerinə yetirilib.

S.Xankişiyeva

Paylaş:
807

Son xəbərlər

Bütün xəbərlər