Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçiriləcək

15:35 - 06 / 11 / 2017
Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçiriləcək

Noyabrın 8-də Təhsil Nazirliyi Müdafiə Nazirliyi və “ASAN xidmət”lə birgə Tərtər rayonunda Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirəcək.

1news.az-a Təhsil Nazirliyindən verilən xəbərə görə, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, “ASAN xidmət”in əməkdaşları,  hərbçilər,  millət vəkilləri, tanınmış ziyalılar, idmançılar,  müəllim və şagirdlər,  QHT və  KİV nümayəndələri iştirak edəcəklər.

Dövlət Bayrağı Günü ilə əlaqədar "ASAN Könüllüləri" Təşkilatı və Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının birgə təşəbbüsü ilə  #9noyabr həştəq kampaniyası davam edir.

Sosial kampaniyanın məqsədi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamına uyğun olaraq müstəqil Azərbaycanın keçdiyi tarixi yolda qazandığı dəyərlərin, dövlət bayrağının, onun milli simvollarının, eyni zamanda azərbaycançılıq, vətənpərvərlik və dövlətçilik ideyalarının təbliğidir.

Kampaniya  sosial şəbəkələr üzərindən həyata keçirilir. Sosial şəbəkədə istifadəçilər  #9noyabr həştəqi ilə Azərbaycan bayrağı məzmunlu paylaşım etməklə (foto, video, bloq və s.) vətənpərvərlik hisslərinin və milli tariximizin təbliğinə töhfə vermiş olurlar.

S.Xankişiyeva

 

 

 

 

Paylaş:
2129

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər