Bakıda 5 otaqlı ev yanıb
Bakıda yerləşən evlərdən birində yanğın olub.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, paytaxtın Qaradağ rayonunda birmərtəbəli 5 otaqlı evin dam örtüyü 30 m2, evə bitişik ümumi sahəsi 3 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları və tikilinin içərisində quraşdırılmış su qızdırıcısı yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
1news.az
1034