Mübariz Əhmədoğlu: Kilsə məsələsinin Gürcü Pravoslav Kilsəsinin xeyrinə həlli Cavaxetiya ermənilərini BTQ-yə müqavimətini neytrallaşdıra bilər | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Kilsə məsələsinin Gürcü Pravoslav Kilsəsinin xeyrinə həlli Cavaxetiya ermənilərini BTQ-yə müqavimətini neytrallaşdıra bilər

10:55 - 06 / 11 / 2017
Mübariz Əhmədoğlu: Kilsə məsələsinin Gürcü Pravoslav Kilsəsinin xeyrinə həlli Cavaxetiya ermənilərini BTQ-yə müqavimətini neytrallaşdıra bilər

Erməni dindarlar Cavaxetiya (Gürcüstan) regionunda kilsəyə xaçkar yerləşdirməklə onun ermənilərə məxsusluğunu nümayişinə cəhd etdilər. Gürcü polisi ermənilərin bu əməlinin qarşısını aldı. Gürcüstanın daxili işlər naziri G.Mqebrişvili hadisə yerinə gəldikdən sonra saxlanılanlar olsa da sonradan buraxıldılar.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Erməni dindarların Cavaxetiya (Gürcüstan) regionunda kilsəyə xaçkar yerləşdirməklə onun ermənilərə məxsusluğu ilə bağlı açıqlmanı şərh edərkən bildirib:

Bir neçə gün keçmiş gürcü pravoslav kilsəsi erməni apostol kilsəsinin Gürcüstan yeparxiyası ilə birlikdə Axalkalaki rayonun Qumburdo kəndindəki kilsə ətrafında yaranmış vəziyyəti müzakirə etdilər. Erməni apostol kilsəsinin gürcü yeparxiyası Qumburdo kəndindəki kilsəyə iddialarının olmadığını bildirdi. Çünki bu gürcü kilsəsidir. Gürcüstandakı erməni icmasının liderlərindən olan Arnold Stepanyan ilk əvvəldən bu kilsənin gürcü kilsəsi kimi tikildiyini bildirdi.

Bakı-Tbilisi-Qars dəmir yolu işə düşmək ərəfəsində gürcü ekspertləri bu layihəni digər dövlətlərin blokadasına yönəlmədiyini və Cavaxetiya regionu ermənilərinin də fayda götürəcəyini izah etdilər”.

Politoloqun fikrincə,  Gürcüstan Xarici İşlər Nazirliyi Ruben Sadoyanın Ermənistanın Gürcüstandakı səfiri təyin edilməsinə etiraz etməyəcəyini bildirdi:

“R.Sadoyan Ermənistanın Gürcüstandakı səfiri təyin olundu. O keçmiş nəqliyyat naziri A.Beqlaryanın adamı hesab olunur. Əksər ekspertlər fəaliyyətsiz səfir Y.Vardanyanın postda qalmasını yeni təyinatdan daha faydalı hesab edirlər. Bununla da politoloq S.Minasyanın Gürcüstana səfir təyin edilməsinə rəsmi Tbilisinin etiraz etməsi bəlləndi. Gürcülərin fikrincə, S.Minasyan bir çox antigürcü və Rusiyapərəst şərhlərin müəllifidir.

Samtsxe-Cavaxetiya regionun erməniləri həm də Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi prizmasından aktivlik nümayiş etdirdilər. Kilsə məsələsinin Gürcü Pravoslav Kilsəsinin xeyrinə həlli Cavaxetiya ermənilərini BTQ-yə müqavimət göstərmək prizmasından neytrallaşdıra bilər. Gürcü ekspertləri BTQ-nin yerli ermənilər üçün faydalı olacağını izah edirlər. Yada salaq ki, V.Tsaxalyan məhz Bakı-Tbilisi-Qarsın tikintisinə etiraz aksiyaları təşkil etdiyinə görə həbs olunmuşdu. Bakı-Tbilisi-Qarsa Ermənistanın qoşulmaq məsələsi gürcü ekspertləri arasında aktual mövzuya çevrilib. Təşəbbüskar Ermənistan KİV-ləridir. Gürcü ekspertləri erməni mətbuatına açıq mətnlə bildirirlər ki, Ermənistanın BTQ-dən istifadəsi Gürcüstana aid məsələ deyil, hökmən Ermənistan bu məsələni Azərbaycanla həll etməlidir”.

S.Xankişiyeva

Paylaş:
764

Son xəbərlər

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:18AMB noyabrın son valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:05Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42
Bütün xəbərlər