Hava limanında ekspress xəttin avtobusları üçün yeni dayanacaq yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Hava limanında ekspress xəttin avtobusları üçün yeni dayanacaq yaradılıb

11:24 - 06 / 11 / 2017
Hava limanında ekspress xəttin avtobusları üçün yeni dayanacaq yaradılıb

Cari ilin 29 oktyabr tarixindən etibarən “Buta Airways” şirkəti uçuşlarını Heydər Əliyev Beynəlxalq Hava Limanının 2-ci terminalından həyata keçirməsi ilə əlaqədar olaraq, "BakuBus"a məxsus Hava Limanı ekspress xəttin avtobusları üçün 2-ci terminalın qarşısında əlavə dayanacaq təşkil olunub.

1news.az-a şirkətdən verilən məlumata görə, artıq sərnişinlər həm 1-ci, həm də 2-ci terminalların qarşısından ekspress xəttin xidmətlərindən istifadə edə bilər.

Qeyd edək ki, avtobuslar hər yarım saatdan bir Heydər Əliyev Beynəlxalq Hava Limanı və Bakının mərkəzi - Bakı Dәmir Yolu Vağzalı istiqamətində hərəkət edir.

1news.az

 

 

Paylaş:
668

Son xəbərlər

Bütün xəbərlər