Pornoulduz prezident olmaq istəyir – FOTO – VİDEO
Televiziya aparıcısı və pornoulduz Elena Berkova prezident seçkilərində iştirak etməyə qərar verib.
1news.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, pornoulduz bu barədə İnstagram vasitəsilə yaydığı videomüraciətində bildirib.
Alt paltarı və dikdaban ayaqqabıda olan Berkova seçki platformasını da açıqlayıb. Belə ki, 32 yaşlı porno ulduzu prezident seçiləcəyi təqdirdə geyimə senzura tətbiq edəcəyini, 40 santimetrdən qısa ətək geyinməyə icazə verməyəcəyini, bu qaydanı pozanların isə cərimə ediləcəyini açıqlayıb.
Berkova eyni zamanda məktəblərdə şagirdlərə seksual tərbiyənin veriləcəyini, gənclərdən seksual imtahan götürüləcəyini, təcavüz edənə ölüm cəzası verdirəcəyini də bəyan edib.
Qeyd edək ki, bir sıra telekanallarda və radiolarda veriliş aparan Berkova Əvvəllər bələdiyyə seçkilərində namizədliyini irəli sürsə də uğur qazana bilməyib.
Xatırladaq ki, bundan öncə jurnalistlər Kseniya Sobçak və Yekaterina Qordon da prezident seçkilərində namizədliklərini irəli sürəcəklərini bəyan ediblər.
1news.az