Buta Airways-in təyyarəsi təcili eniş edib - SƏBƏB | 1news.az | Xəbərlər
Cəmiyyət

Buta Airways-in təyyarəsi təcili eniş edib - SƏBƏB

13:10 - 07 / 11 / 2017
Buta Airways-in təyyarəsi təcili eniş edib - SƏBƏB

Noyabrın 7-də səhər saat 9:00-da Bakıdan Kazana uçan  Buta Airways-ə məxsus J2-9575 təyyarəsi gözlənilmədən eniş edib.

1news.az bu barədə şirkətin “facebook” səhifəsinə istinadla məlumat verir.

Təyyarənin enişinə səbəb Kazan hava limanında əlverişsiz hava şəraiti olub. Hava gəmisinin komandiri təyyarəni Nijni Novqorodda endirməyə qərar verib. Eniş ştat rejimdə keçib. 
Hava şəraiti yaxşılaşan kimi təyyarə yenidən Kazana uçacaq. Bu barədə əlavə məlumat veriləcək.

 P.Sultanova

 

Paylaş:
858

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər