Deputatdan narazılıq: bizim maaşımız rayon prokurorları və polis rəislərinin əmək haqqından daha aşağıdır
“Milli Məclisin deputatlarının əmək haqlarını artırılmalıdır”.
1news.az xəbər verir ki, bunu parlamentin İctimai birliklər və dini qurumlar üzrə komitəsinin sədri Siyavuş Novruzov 2018-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
O deyib ki, deputatların maaşları rayon prokurorları və polis rəislərinin əmək haqqından daha aşağıdır.
S.Novruzovun sözlərinə görə, işin əksəriyyəti Milli Məclis tərəfindən həyata keçirilir: "Burada çalışan çox sayda işçi var ki, onların əmək haqqı da artırılmalıdır".
1news.az
3095