Mübariz Əhmədoğlu: Sarkisyan Aİ ilə paraflanmış sazişə qarşı təxribat fəaliyyəti ilə məşğuldur | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Sarkisyan Aİ ilə paraflanmış sazişə qarşı təxribat fəaliyyəti ilə məşğuldur

13:45 - 07 / 11 / 2017
Mübariz Əhmədoğlu: Sarkisyan Aİ ilə paraflanmış sazişə qarşı təxribat fəaliyyəti ilə məşğuldur

Ermənistan  prezidenti Serj Sarkisyan Avropa İttifaqı ilə Ermənistan arasında paraflanmış sazişə qarşı təxribat fəaliyyəti ilə məşğuldur.

1news.az xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq  Mübariz Əhmədoğlu bildirib.

O deyib ki, Sarkisyanın və onun komandasının uzun müddətli danışıq zamanı AES-in fəaliyyətinin dayandırılmasından məlumatlı olması fonunda Rusiyadan AES-in bərpası üçün 300 milyon dollar kredit cəlb etməsi onun ikiüzlü mahiyyətinin bariz nümunələrindəndir. Sarkisyan hətta dünyanın iri gücləri arasında riyakarlıq etməkdən çəkinmir.

Politoloqun sözlərinə görə, Aİ-nin açıqladığı mətndə Ermənistan hökumətinin AES-in fəaliyyətini dayandırmaq barədə öhdəlik götürməsi haqqında ifadə açıq-aşkar öz əksini tapıb:

“Sarkisyanın razılığı olmadan heç bir nazir bu öhdəliyi götürə bilməzdi. Bu dövr ərzində Sarkisyan bir neçə dəfə Aİ ilə sazişin imzalanacağını təsdiq edib. Yüksək çinli Aİ rəsmiləri ilə saatlarla görüşlər keçirib. Müqavilənin mətni açıqlanan kimi o, AES-lə bağlı iclas keçirtdi. Prezident yanında Atom enerjisi üzrə komissiyanın sədri, AEBA-nın şura üzvü A.Birkxoferi Miroslav Liparla əvəzlədi. AES-i Ermənistanın enerji təhlükəsizliyində strateji obyekt adlandırdı. Hər halda avropalılara bir daha aydın olmalıdır ki, Sarkisyanın imzası heç bir təsir gücünə malik deyil.

Ermənistan prezidenti n Cənubi Qafqaz regionu siyasətçiləri arasında Aİ rəsmilərini ən yaxşı tanıyanlardan biridir. Ermənistan  ekspertlərinin hansı faizlə Aİ –dən qrant aldığı barədə detallı məlumatı var.

Aİ-nin bəzi rəsmiləri, xüsusilə Ermənistan üzrə məmurları korrupsiya ilə məşğul olmasaydı, Serj Sarkisyan Aİ –ni bu qədər alçaltmazdı”.

Politoloq Səudiyyə Ərəbistanında baş verən hadisələrə də toxunub. Onun sözlərinə görə,  Rusiyanın Fars körfəzində mövqeyini möhkəmləndirdiyini konstatasiya etmək olar: “Rusiya Yaxın Şərq istiqamətində daha uğurlu siyasət qurmağa nail oldu.

Səudiyyə Ərəbistanının kralı Salman ben-Əbdül Əziz əl-Saud tarixdə ilk dəfə olaraq Rusiyaya rəsmi səfərə gəldi. İran faktoruna görə bu iki ölkənin yaxınlaşması qarşılıqlı faydalıdır. Bəzi məlumatlara görə kralın dörd günlük səfərini razılaşdırmaq üçün RF Kremlin daxili quruluşunda müəyyən dəyişikliklər edib. Kral elektromobillə gəzir. Silah ticarəti və neft sahəsində birgə əməkdaşlıq məsələsi ciddi müzakirə edildi. RF müdafiə naziri S.Şoyqu kralla görüşdü.

Prezident V.Putin Qətərin maliyyə naziri Əli Şərif əl-İmadi ilə “Rusiya çağırır” forumu çərçivəsində ayaqüstü görüşdü. RF ərazisində keçirilən bu tədbirdə Qətərin iştirakı qarşılıqlı marağın göstəricisidir. Keçmiş RF müdafiə naziri S.Şoyqu Qətərə rəsmi səfər etdi. Qətər əmiri Təmim ben-Həməd əl-Tani ilə qlobal və regional təhlükəsizlik məsələlərini müzakirə etdi. S.Şoqyu Qətərə Filippindən gəlmişdi. Əmir Filippindəki vəziyyəti müzakirə etdi. İki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələləri razılaşdırıldı”.

M.Əhmədoğlu əlavə edib ki, Bəhreyn RF-dən S-400 ZRK-lar almaqla bağlı danışıqlar aparır: “Ümumilikdə götürdükdə Rusiyanın Fars körfəzində mövqeyini möhkəmləndirdiyini konstatasiya etmək olar. Suriyada apardığı əməliyyatlar buna xidmət edir. Diqqət çəkən məsələlərdən biri də Rusiyanın kürd məsələsində tutduğu mövqedir. RF yalnız ritorik olaraq İraqın ərzi bütövlüyünü dəstəklədi. RF “Rosneft” vasitəsilə İraq Kürdüstanındakı neft yataqlarında bundan sonra da iş aparacaqlarını aşkar şəkildə bəyan etdi. RF xarici işlər naziri Sergey Lavrov Rusiya şirkətlərinin İraq Kürdüstanında işləməsinə İraq tərəfdən etiraz edilmədiyini bildirdi. Prezident Putin RF-in kürdlərlə tarixən yaxşı münasibətdə olduğunu bildirdi.

Ümumdünya patriarxı Varfolomey RF-in Türkiyədəki səfirliyinə baş çəkdi. Bu sovet və rus diplomatik missiyasının mövcud olduğu dövrdə ilk dəfə baş verdi. Konstantinopol patriarxlığı pravoslavlar üçün ümumdünya patriarxlığı hesab edilir. RF-in Yaxın Şərqdə apardığı siyasət görünür Konstantinopol patriarxı Varfolomeyi bu addıma şirnikləşdirib”.

1news.az

 

Paylaş:
882

Son xəbərlər

Bütün xəbərlər