Tofiq Quliyevin anadan olmasının 100 illiyi münasibətilə poçt markası hazırlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Tofiq Quliyevin anadan olmasının 100 illiyi münasibətilə poçt markası hazırlanıb

18:45 - 07 / 11 / 2017
Tofiq Quliyevin anadan olmasının 100 illiyi münasibətilə poçt markası hazırlanıb

“Azərmarka” MMC tərəfindən Azərbaycanın Xalq artisti, bəstəkar, ictimai xadim Tofiq Quliyevə həsr olunan poçt markası hazırlanıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən 1news.az-a verilən məlumata görə, poçt markası Tofiq Quliyevin anadan olmasının 100 illiyi münasibətilə çap olunub.

40x28mm ölçüsündə olan markanın tirajı 200 min ədəd təşkil edir.

Marka “Belarusskiy dom peçati” mətbəəsində, Belarus Respublikasında  yüksək keyfiyyətlə nəşr olunub.

Qeyd edək ki, Tofiq Quliyev 1917-ci il noyabr ayının 7-də, Bakı şəhərində, mühəndis-iqtisadçı Ələkbər Quliyevin ailəsində anadan olub.

O, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifidir.

Tofiq Quliyev Azərbaycanın Əməkdar İncəsənət xadimi,  Xalq artisti fəxri adına layiq görülüb. Eyni zamanda,  ümummilli lider Heydər Əliyev  tərəfindən “İstiqlal ordeni” ilə təltif olunub.

2000-ci il oktyabr ayının 4-də dünyasını dəyişən Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Bakı şəhərinin küçələrindən biri və 12 saylı musiqi məktəbi  bəstəkarın adını daşıyır.

1news.az

Paylaş:
738

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər