Qanunsuz yolla əldə edilmiş meşə materialları aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanunsuz yolla əldə edilmiş meşə materialları aşkar edilib

19:08 - 07 / 11 / 2017
Qanunsuz yolla əldə edilmiş meşə materialları aşkar edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları  tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə 02-05 noyabr 2017-ci il tarixlərində reydlər keçirilib. 

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Oğuz rayonu ərazisində keçirilən reydlər zamanı “ZİL”, “Kamaz”, “UAZ”, “Ural”, “Qaz-53”, “Qaz-66” markalı avtomobillər saxlanılıb və avtomobillərdə qanunsuz yolla əldə edilmiş, ümumilikdə 47,58 m3  həcmində palıd, fıstıq, vələs, qovaq cinsli meşə materiallarının aparıldığı aşkar edilib.

Eyni zamanda rayonun Padar, Sincan, Xalxalqışlaq, Ərmənət, Tayıflı, Qalınçaq, Çəmənli və Mollalı kəndlərinin 25 həyətyanı sahəsində ağac kömürü hazırlanması məqsədilə quyuların qazıldığı və 114,9 m3həcmində qanunsuz meşə materialından istifadə edildiyi müəyyən olunub.

İsmayıllı rayonu ərazisində keçirilən reydlər zamanı “ZİL”, “Kamaz”, “Qazel”, “Qaz-53” və “Qaz-24” markalı avtomobillər saxlanılıb və avtomobillərdə qanunsuz yolla əldə edilmiş, ümumilikdə 42,34 m3  həcmində fıstıq, vələs cinsli meşə materialı və meşə materiallarından hazırlanmış yeşiklərin aparıldığı aşkar edilib.

Bundan başqa, Göyçay rayon bazarında qanunsuz meşə materialının satıldığı, Göyçay şəhəri Nizami küçəsi 90 ünvanında Samir Mustafayevə, Natavan küçəsi 118 ünvanında Yaqub Məmmədova, Heydər Əliyev küçəsi 25 ünvanında isə İsmayıl Yaqubova məxsus yeşik sexlərində qanunsuz yolla əldə olunmuş, ümumilikdə 12,36 m3 həcmində meşə materialları müəyyən edilib.

Qəbələ rayonu ərazisində keçirilən reydlər zamanı Məmmədağalı kəndinin 5 həyətyanı sahəsində ağac kömürü hazırlanması məqsədilə quyuların qazıldığı və 7,96 m3   həcmində qanunsuz meşə materialının istifadə edildiyi aşkar olunub.

Faktlarla bağlı təqsirkarlar barəsində akt və protokollar tərtib edilib, qanunsuz yolla əldə edilmiş meşə materialları maddi sübut kimi saxlanılıb. Təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.

Hazırda reydlər davam etdirilir. 

1news.az

Paylaş:
660

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər