Bakı Ali Neft Məktəbi IADC ilə əməkdaşlığa başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Ali Neft Məktəbi IADC ilə əməkdaşlığa başlayır

10:31 - 07 / 11 / 2017
Bakı Ali Neft Məktəbi IADC ilə əməkdaşlığa başlayır

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Qazma Podratçıları Beynəlxalq Assosiasiyasının (International Association of Drilling Contractors) Beynəlxalq inkişaf üzrə vitse-prezidenti Mayk Dubouz ilə görüşüb.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, görüş zamanı tərəflər arasında gələcək əməkdaşlığın mövcud ola biləcək istiqamətləri müzakirə olunub. Görüş zamanı cənab Mayk Dubouz BANM-in fəaliyyəti ilə yaxından tanış olub və onun əldə etdiyi uğurları yüksək qiymətləndirib.

1940-cı ildən bəri bütün dünyada neft-qaz çıxarma sənayəsini təmsil edən Assosiasiya bu ildən etibarən SOCAR AQŞ-nin dəstəyi ilə Azərbaycanda da fəaliyyət göstərəcək. Bu münasibətlə Bakıda Qazma Podratçıları Beynəlxalq Assosiasiyasının Xəzər regionu üzrə açılış mərasimi keçirilib. Tədbirdə çıxışı zamanı cənab Mayk BANM-in adını bir neçə dəfə vurğulayaraq onun fəaliyyəti və rəhbərliyi haqqında müsbət fikirlər səsləndirib. BANM-dən mərasimə Neft-qaz texnologiyaları üzrə magistr təhsili alan Rüfət Məhərrəmov qatılıb. Qeyd edək ki, o həmin assosiasiyanın Xəzər regionu üzrə prezidentinin katib-xəzinədarı təyin olunub.

Assosiasiyanın əsas məqsədi bütün dünya üzrə neft-qaz sənayesində fəaliyyət göstərən şirkətləri və bu sahənin gənc və təcrübəli mütəxəssislərini bir araya gətirərək əlaqələr yaratmaq, eyni zamanda gənclərin bu sahədə müxtəlif beynəlxalq və lokal konfranslar, təlimlər, seminarlar, elektron materiallar, yeniliklər, təcrübə proqramları ilə biliklərinin artırılmasıdır.    

Qeyd edək ki Qazma Podratçıları Beynəlxalq Assosiasiyasının baş ofisi Amerikanın Hyuston şəhərində, regional ofis isə Dubayda yerləşir.

BANM təşkilatın regionda ilk və hələlik yeganə əməkdaşlıq edəcəyi ali məktəbdir.

S.Xankişiyeva

 

Paylaş:
711

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər