Azərbaycan -Türkiyə diplomatik əlaqələrinin 25-ci ildönümünə həsr edilmiş konfrans keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan -Türkiyə diplomatik əlaqələrinin 25-ci ildönümünə həsr edilmiş konfrans keçirilib

14:25 - 08 / 11 / 2017
Azərbaycan -Türkiyə diplomatik əlaqələrinin 25-ci ildönümünə həsr edilmiş konfrans keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan -Türkiyə diplomatik əlaqələrinin 25-ci ildönümünə həsr edilmiş elmi-praktiki konfrans keçirilib. 

1news.az xəbər verir ki,  tədbir ADİU-nun rektoru, professor Ədalət Muradov, SAM-ın direktoru Fərhad Məmmədov, Türkiyənin Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Məsud Özcan və Azərbaycandakı səfiri Erkan Özoralın açılış nitqləri ilə başlayıb.

Daha sonra, Türkiyənin Ədalət və İnkişaf Partiyası Samsun millət vəkili, TBMM Xarici əlaqələr komissiyasının üzvü Həsən Bəsri Kurt, SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyev, Türkiyə XİN-in Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Çiydəm Tənkər Göksal, UNEC-in Beynəlxalq iqtisadiyyat kafedrasının müdiri İrşad Kərimov, Türkiyənin Qazi universitetinin müəllimi Bakir Tümən Somuncuoğlu və Türkiyənin İran Araşdırmalar Mərkəzinin direktoru Haqqı Uyqur Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri və hər iki ölkə arasındakı mövcud əlaqələr barədə çıxış edib, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri barədə müzakirələr aparıblar.

 Qeyd edək ki, elmi-praktiki konfrans Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 25 ildə əldə etdiyi nəaliyyətlərinin müzakirəsi ilə davam etdirilib.

1news.az

Paylaş:
920

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər