Novruz Məmmədov: Geosiyasi aktorlar siyahısına “Hollywood”u da əlavə etmək istəyirəm | 1news.az | Xəbərlər
Siyasət

Novruz Məmmədov: Geosiyasi aktorlar siyahısına “Hollywood”u da əlavə etmək istəyirəm

15:52 - 08 / 11 / 2017
Novruz Məmmədov: Geosiyasi aktorlar siyahısına “Hollywood”u da əlavə etmək istəyirəm

Beynəlxalq aləmdə yeni geosiyasi aktorlarla bağlı mövqeyimi bildirmişəm. Bir daha təkrar etmək istəyirəm ki, artıq “CNN”, “BBC”, “New York Times”, “Washington Post” və bu kimi digər nüfuzlu KİV-lər, Corc Soros kimi şəxslər də geosiyasi aktorlardır. 

1news.az xəbər verir ki  bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov “Facebook” səhifəsində yazıb.

O qeyd edib: “Geosiyasi aktorlar siyahısına “Hollywood”u da əlavə etmək istəyirəm. Burada baş verən proseslər maraqlı suallar doğurur. Hüquqlarının qorunduğu demokratik ölkələrdə meqaulduzlar nə üçün bu ittihamları ötən 20-30 il ərzində səsləndirməyiblər? Nə tez bu proses belə siyasiləşdi? 
Deyirlər, biri özünü öldürdü, biri isə istefa verdi. Bəzi ölkələrdə bu məsələdən siyasi məqsədlərə çatmaq üçün istifadə cəhdləri müşahidə olunur”.

P.Sultanova

Paylaş:
980

Son xəbərlər

Bütün xəbərlər