Dövlət İmtahan Mərkəzində “Nəzarətçilərin elektron qeydiyyatı” sistemi ilə bağlı treninq keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət İmtahan Mərkəzində “Nəzarətçilərin elektron qeydiyyatı” sistemi ilə bağlı treninq keçirilib

22:00 - 08 / 11 / 2017
Dövlət İmtahan Mərkəzində “Nəzarətçilərin elektron qeydiyyatı” sistemi ilə bağlı treninq keçirilib

Noyabrın 8-də Dövlət İmtahan Mərkəzində (DİM) test imtahanlarına ümumtəhsil müəssisələrindən cəlb olunan müəllimlərdən ibarət zal nəzarətçiləri bazasının formalaşdırılması işinin sürətləndirilməsi və səmərəliliyinin artırılması məqsədilə yaradılmış “Nəzarətçilərin elektron qeydiyyatı” sistemi ilə bağlı treninq keçirilib.

DİM-dən 1news.az-a verilən məlumata görə, tədbirdə həmin sistemlə işləyəcək ümumtəhsil müəssisələri tərəfindən cavabdeh şəxs qismində təyin olunan əlaqələndiricilər iştirak ediblər.

Treninqə Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, həmçinin qeyd olunan şəhərlərdə məskunlaşmış qaçqın və məcburi köçkün rayonlarının ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri qatılıblar.

DİM-in sektor müdiri Adıgözəl Həbibov iştirakçılara zal nəzarətçiləri bazasının formalaşması, onların imtahana cəlb edilməsi və iştirakı ilə bağlı cari ilin nəticələri, növbəti ildə görüləcək işlərin planı və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. "Nəzarətçilərin elektron qeydiyyatı" sisteminin strukturu, funksiyaları, o cümlədən yeni nəzarətçilərə qoyulan tələblər və onların qeydiyyatının aparılması qaydaları diqqətə çatdırılıb.

Sonda suallar cavablandırılıb.

“Nəzarətçilərin elektron qeydiyyatı” sistemi tələb olunan məlumatların daxil edilməsi üçün noyabrın 8-dən dekabrın 1-dək aktiv olacaq.

Qeyd edək ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemi ilə işləyəcək ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri ilə treninqlər DİM-in regional bölmələrinin əməkdaşları tərəfindən paralel olaraq regionlarda da keçirilir.

1news.az

Paylaş:
1306

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər