Azər Qərib “Altes Group”u məhkəməyə verir: Həyat yoldaşıma hədə-qorxu gəlib namusuma toxunanlar bilməlidirlər ki... | 1news.az | Xəbərlər
Cəmiyyət

Azər Qərib “Altes Group”u məhkəməyə verir: Həyat yoldaşıma hədə-qorxu gəlib namusuma toxunanlar bilməlidirlər ki...

12:45 - 08 / 11 / 2017
Azər Qərib “Altes Group”u məhkəməyə verir: Həyat yoldaşıma hədə-qorxu gəlib namusuma toxunanlar bilməlidirlər ki...

Tanınmış jurnalist, bloger və səyyah Azər Qərib “Altes Group” şirkətini məhkəməyə verib.

1news.az xəbər verir ki, bu barədə o şəxsi “Facebook” səhifəsində yazıb.

“Altes Group” şirkətinə daxil olan “Nur İnşaat” MMC-yə qarşı iddiasının Yasamal rayon məhkəməsinə göndərildiyini deyən Azər Qərib bununla da çətin bir yola addım atdığını bildirib:

“Tələblərim binanın ilkin layihəyə uyğun vəziyyətə gətirilməsi, binanın ön tərəfindən olan əsas girişin bərpa edilməsi, evin damında qanunsuz aparılan yenidənplanlaşdırmanın aradan qaldırılması, binanın idarəçiliyinin hansı əsaslarla həyata keçirilməsinin izahatının verilməsi və “Altes”-in binanı sakinlərə təhvil verərək həmin binanı və binanın ərazisini tərk etməsidir.

Bir milyonluq iddia...

Eyni zamanda, mənim şərəf və ləyaqətimə xələl gətirilməsinə görə mənəvi zərərin ödənilməsini də tələb etmişəm, məbləğ - 1.000.000 (bir milyon) manatdır”.

Azər Qərib məhkəmə xərclərini çıxmaq şərti ilə bütün udulan məbləğin son qəpiyinə qədər xeyriyyəçiliyə xarclənəcəyini də qeyd edib:

“Altes şirkətinin son zamanlar mənə və ailə üzvlərimə olan təzyiqlərini nəzərə alaraq, özümün və yaxınlarımın təhlükəsizliyi məni çox ciddi narahat edir.

Bu haqda hüquq-mühafizə orqanlarının hörmətli rəhbərlərinə həm Azərbaycanın Jurnalistlər Birliyinin üzvü kimi, həm bir vətəndaş kimi məktub ünvanlamışam. Həmin təzyiq faktlarının araşdırılmasını, özümün və yaxınlarımın təhlükəsizliyini təmin etməyi rica etmişəm”.

““Altes” rəhbərliyinin adı kriminal hadisələrdə hallanır”

Tanınmış jurnalist nəyə görə narahat olmasını da izah edib:

“Azərbaycan KİV-ni monitorinq etdiyim zaman məlum olub ki, “Altes” şirkətinin rəhbərlərinin adları, şəxsən “Altes” şirkətinin prezidenti, 23.01.1958 il təvəllüdlü, Bakı şəhərində anadan olmuş Abdullayev Rüstəm Məmməd oğlunun adı bir sıra kriminal hadisələrdə hallanıb.

Belə ki, onların arasında fiziki zorakılığa təhrik və sifarişlı hücumlar faktları mövcuddur. İnternetdə hətta Rüstəm Abdullayevin sifarişi ilə şəriklərini döydürməsi və Birtaniya nömrələrindən yerli nümayəndələri ilə SMS yazışmaları iddia edilən materiallar da yerləşdirilib.

Bunların hamısı bəzi adamların həbsi ilə nəticələnib. Hətta bu haqda televiziya kanallarının birində kriminal xronika çərçivəsində süjet də getmişdi efirə.

Əlbəttə, “Altes” rəhbərlərinin cani olmaları haqda məhkəmə qərarları yoxdur və bu səbəbdən, prezumpsiya tələbini üstün tutaraq onları cani adlandırmağa heç kimin, o cümlədən mənim də ixtiyarım yoxdur.

Lakin, mediada “Altes” rəhbərlərinə qarşı səslənən ciddi ittihamlar, “Altes” tərkibində mütəşəkkil cinayət qruplaşmasının olduğunu iddia edən fərziyyələr və s. mənə əsas verir ki, bu haqda yazıb narahatlığımı ifadə edim.

Eyni zamanda, “Altes” şirkətinə qarşı uzun illərdir müxtəlif insanların iddiası ilə məhkəmə prosesləri gedir, yəni, şirkətin işguzar nüfuzu da müəyyən suallar doğurur.

Bununla yazıb, bir daha özümün və yaxınlarımın təhlükəsizliyini təmin etməyi müvafiq qurumlardan xahiş edirəm”.

““Altes”in inşa etdiyi binalarda ciddi qanun pozuntuları var”

“Altes” şirkətinin inşa etdiyi binaların demək olar ki, hamısında ciddi qanun pozuntuları olduğunu deyən Azər Qərib bu pozuntulara misal olaraq əlavə mərtəbələrin tikintisi, sakinlərin razılığı olmadan ilkin layihələrə dəyişikliklərin edilməsi, ambarlarda müəmmalı malların saxlanılması, kommunal xərclərin şişirdilməsi, satışların xarici valyuta ilə aparılması, heç bir əsas olmadan binaların idarə olunması, şirkətin günahından bildirişlərin (kupçaların) verilməməsi və sairəni göstərib:

“Bütövlükdə, son illər “Altes” şirkəti dövlətin içində ayrı bir dövlətə çevirilib. Şirkətin sanki hüquq-mühafizə orqanlarını əvəzləyən təhlükəsilzik xidməti fəaliyət göstərir. Özlərini qoçu kimi aparan və insanlara hədə-qorxu gələn, sakinlərin dinc yığıncaqlarına basqın edən həmin xidmətin rəhbərləri var. Bu və s. kimi faktlar kifayət qədərdir. Düşünürəm ki, həmin faktlar səlahiyyətli orqanları araşdırmalar aparmağa vadar edəcək.

Mənə deyirlər ki, ehtiyatlı ol, onların imkanları genişdir, hər şey edə bilərlər. Lakin mən qorxmuram və geri çəkilmirəm. Ona görə ki, həm mənliyimə toxunublar, həm haqlıyam istənilən tərəfdən, həm də ona görə ki, mənim arxamda Azərbaycan Dövləti və onun Qanunları durur”.

“Həyat yoldaşıma iş yerində hədə-qorxu gəliblər, özümə isə şər və böhtan atırlar”

Həyat yoldaşına hədə-qorxu gəlindiyini, özünə isə şər və böhtan atıldığını deyən Azər Qərib özünün və yaxınlarının başına gələcək bütün hadisələrə görə Rüstəm Abdullayevin məsuliyyət daşıyacağını vurğulayıb:

““Altes” şirkətinin rəhbərinin, bilavasitə Rüstəm Abdullayevin göstərişi olmadan, zənnimcə, heç kim gedib mənim həyat yoldaşımın iş yerində ona hədə-qorxu gələ bilməzdi.

“Altes” şirkətinin rəhbərinin, bilavasitə Rüstəm Abdullayevin göstərişi olmadan, zənnimcə, binamızın dırnaqarası komendantı guya mənim tərəfimdən döyülməsi haqda böhtan dolu ərizəsini polis orqanlarına verə bilməzdi.

“Altes” şirkətinin rəhbərinin, bilavasitə Rüstəm Abdullayevin göstərişi olmadan, zənnimcə, mediaya məni aşağılayan yalan məlumatlar ötürülə bilməzdi.

“Altes” şirkətinin rəhbərinin, bilavasitə Rüstəm Abdullayevin göstərişi olmadan, zənnimcə, Facebook-da saxta profillər yaradılmazdı və həmin profillərdən məni təhqir edən şərhlər yazılmazdı.

Həmin şərhlərin arasında “Azər Qəribə ölüm...” şərhi də var idi ki, onun fotoşəklini bir fakt kimi özümdə saxlayıram, gələcək araşdırmalar üçün.

Ona görə, əgər mənim və yaxud mənim yaxınlarımın başına bir iş gələrsə, mənim və yaxud mənim yaxınlarımın əmlakına zərər yetirilərsə, bunun tam məsuliyətini şəxsən Rüstəm Abdullayev daşıyacaq.

İstənilən tərəfdən mənə və yaxud mənim yaxınlarıma qarşı hər hansı bir təxribat olarsa, bunun arxasında mən şəxsən Rüstəm Abdullayevi görəcəm.

Müsəlmançılığı və kişiliyi tapdalayan, insanı və hüquqi qanunları pozan, qırmızı xətti keçən adamlar bilməlidirlər ki, mənim mövqeyim sərtdir, mən onlardan qorxmuram, mənim şəxsiyyətimə və namusuma toxunanlar, ailəmin qadınlarına təziq göstərənlər bilməlidirlər ki, hər hansı bir hadisə baş verərsə, onlar nə Londonda, nə digər yerlərdə gizlənə bilməyəcəklər.

Azərbayan kifayət qədər qudrtəli dövlətdir və istənilən cinayətkarı istənilən ölkədən qanuni yolla gətirtməyə qadirdir.

Eyni zamanda, Böyük Britaniyanın Azərbaycandaki səfirliyinin də nəzərinə çatdırmaq istəyirəm ki, Britaniya Parlamentinin üzvləri ilə, Britaniya lordları və Britaniya nazirləri ilə dostluq etdiyini bəyan edən, özünü nüfuzlu biznesmen kimi qələmə verən Rüstəm Abdullayevin şəxsiyyətinə nəzər yetirmək zəruriyəti var.

Rüstəm Abdullayevi müşayiət edən qalmaqallar və şübhələr haqda Böyük Britaniyanın siyasi və işgüzar dairələrini məlumatlandırsınlar ki, hörmətli adamların adları ləkələnməsin və bu qalmaqallarda hallanmasın”.

“Artıq mübahisəmiz qanun çərçivəsində məhkəmədə davam edəcək”

Qaldırdığı sırf mülki məsələdə istər-istəməz siyasi məqamların göründüyünü deyən Azər Qəriboğlu məsələ ilə bağlı vacib xəbər olanda ictimaiyyəti məlumatlandıracağını da qeyd edib:

“Seçkiqabağı ildə insanları narazı salan, açıq-aşkar qanunlara yuxarıdan aşağı baxan, dövlət qurumlarına məhəl qoymayan, “bespredel” siyasətini yürüdən, banditsayağı hərəkət edib stabilliyi pozmağa cəhd edənlər hansı məqsədləri güdürlər?

Onlara dəstək verən məmurlar nəyə nail olmaq istəyirlər? Hər bir halda, sakinlərin inciliklərinin bir qismi hökumətə qarşı yönələcək. Bəlkə elə budur məqsəd?

Bununla da mən profilimin pozitivliyini pozmamaq üçün, “Altes”-lə bağlı postları dayandırıram, əlbəttə, fors-major, təxribat və təziqlər olmasa.

Artıq mübahisəmiz qanun çərçivəsində məhkəmədə davam edəcək və sözsüz ki, bu məhkəmə prosesi bir presedent yaradaraq həm “Altes”-in digər binalarında yaşayanlar üçün, həm də başqa nadürüst tikinti şirkətləri tərəfindən aldadılmış sakinlər üçün ruhlandırıcı stimul olacaq.

Ona görə, Yasamal rayon məhkəməsinin ədalətli qərarını gözləyərək vacib bir xəbər olanda sizi də məlumatlandıracam”.

Qeyd: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

1news.az

 

Paylaş:
3997

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər