Həmvətənimiz Züleyxa İzmayılova Tallinn şəhərinin vitse-meri oldu | 1news.az | Xəbərlər
Siyasət

Həmvətənimiz Züleyxa İzmayılova Tallinn şəhərinin vitse-meri oldu

16:30 - 10 / 11 / 2017
Həmvətənimiz Züleyxa İzmayılova Tallinn şəhərinin vitse-meri oldu

Tallinn şəhər məclisinin iclasında mərkəzçi Taavi Aas Estoniya paytaxtının yeni meri seçilib.

1news.az   xəbər verir ki, iclasda şəhərin yeddi vitse-meri də təsdiqlənib. Onların sırasında həmvətənimiz, “Estoniya Yaşılları” partiyasının sədri Züleyxa İzmayılova da var.

Z.İzmayılova 1985-ci ildə Tallinndə dünyaya göz açıb. Anası eston, atası azərbaycanlıdır. O, atasının vəfatınadək Azərbaycanda yaşayıb, sonra Estoniyaya qayıdıb. Z.İzmayılovanın iki övladı var. Həyat yoldaşı Yoonas Laks yol tikintisi ilə məşğul olan TREV-2 firmasında iri layihələrin satış rəhbəridir.

1news.az  

Paylaş:
1090

Son xəbərlər

Bütün xəbərlər