Meksika və Azərbaycan miqrasiya sahəsində əməkdaşlığı müzakirə edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Meksika və Azərbaycan miqrasiya sahəsində əməkdaşlığı müzakirə edib

17:57 - 10 / 11 / 2017
Meksika və Azərbaycan miqrasiya sahəsində əməkdaşlığı müzakirə edib

Noyabrın 10-da miqrasiya sahəsində əməkdaşlığın mümkün formalarını müzakirə etmək məqsədilə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini ilə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevlə görüşüb.

1news.az-a səfirlikdən verilən məlumata görə, Xidmət rəisi rəhbərlik etdiyi qurum haqqında qısa məlumat verib, onun tarixi, həyata keçirdiyi əsas fəaliyyət və səlahiyyətləri barədə danışıb. Bundan əlavə, insanların beynəlxalq axınını tənzimlənən formada möhkəmləndirəcək xarici ölkələr və beynəlxalq təşkilatlarla əlaqələrin inkişafı vacibliyindən söz açıb.

Səfir Labardini, öz növbəsində, son iki onillikdə Meksikada baş verən dəyişiklik və inkişaf haqqında məlumat verib. Bu xüsusda, Meksika iqtisadiyyatı və onun inkişafına töhfə verən müxtəlif sektorların əsas göstəricilərini diqqətə çatdırıb. Turizm sahəsinə gəldikdə qeyd olundu ki, dünyanın ən çox ziyarət olunan 8-ci ölkəsi olan Meksika il boyu 35 milyon turist qəbul edir, bu isə miqrasiya sahəsi üzrə böyük problemlər yaradır.

Diplomat əsasən də turizm inkişaf etmiş ölkələrdə miqrasiya xidmətinin vacibliyini vurğulayıb. Bununla bağlı olaraq Meksikanın Milli Miqrasiya İnstitutunun fəaliyyətindən söz açıb, belə ki, qurum bir sıra dövlət orqanları ilə əlaqələndirmə işi əsasında ölkədə baş verən bütün miqrasiya proseslərini tənzimləyir və onlara nəzarət edir.

Daha sonra tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələri haqqında söhbət ediblər. Qeyd olundu ki, hər iki ölkənin miqrasiya xidmətləri arasında əlaqələrin qurulması, təcrübə və fikir mübadiləsi xalqların daha da yaxınlaşmasına xidmət edəcək. Bununla belə, tərəflər qarşılıqlı səfərlərin həyata keçirilməsi və hüquqi bazanın möhkəmlənməsinin zəruriliyini ifadə ediblər.

P.Sultanova

 

Paylaş:
591

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər