Prezident İlham Əliyev fələstinli həmkarını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev fələstinli həmkarını təbrik edib

18:57 - 14 / 11 / 2017
Prezident İlham Əliyev fələstinli həmkarını təbrik edib

Prezident İlham Əliyev Fələstin prezidenti Mahmud Abbasa təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Fələstin Dövlətinin Elan Edilməsi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Fələstin əlaqələrinin genişlənməsi və möhkəmlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və tərəqqi arzulayıram”.

1news.az

Paylaş:
982

Son xəbərlər

Bütün xəbərlər