Antonio Tajani: İtaliyalı Azərbaycanın bu dəstəyini heç vaxt unutmayacaq

“SOCAR-ın İtaliyada benzin və dizel yanacağının qiymətlərinə tavan müəyyən etməsi ölkə vətəndaşlarının yanacaqdoldurma məntəqələrində daha az vəsait ödəməsinə imkan yaradıb”.
1news.az xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajani bu gün Bakıda keçirilən Azərbaycan-İtaliya Biznes Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanla əməkdaşlıq enerji qiymətləri ilə bağlı məsələlərin həllinə də töhfə verib.
Nazir böyük Azərbaycan şirkəti SOCAR-a benzin və dizel yanacağının qiymətlərinə tavan müəyyən edilməsi ilə bağlı qərarına görə təşəkkür edib.
Antonio Tajani qeyd edib ki, bu addım İtaliya vətəndaşları üçün yanacaq xərclərinin azalmasına şərait yaradıb.
“Bu qərarı yalnız iqtisadi siyasət baxımından deyil, həm də iki ölkə arasındakı dostluğun göstəricisi kimi qiymətləndirib. Azərbaycan tərəfinin bu dəstəyini İtaliya heç vaxt unutmayacaq”.











