Mikayıl Cabbarov: Azərbaycan-İtaliya münasibətləri möhkəm siyasi dialoqa və strateji tərəfdaşlığa əsaslanır

“Azərbaycan və İtaliya arasında münasibətlər möhkəm siyasi dialoq və strateji tərəfdaşlıq üzərində qurulub”.
1news.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-İtaliya Biznes Forumunda deyib.
O bildirib ki, iki ölkə arasında 2014 və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanıb.
"Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Prezidenti və Baş naziri ilə davamlı təmasları münasibətlərimizin möhkəmlənməsində mühüm rol oynayır. Ötən il İtaliya Prezidenti Sercio Mattarellanın, bu ilin mayında isə Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfərləri iqtisadi əməkdaşlığımızda yeni səhifə açıb".
38











