Kürdəmirdə avtoqəza olub, 4 nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Kürdəmirdə avtoqəza olub, 4 nəfər xəsarət alıb

1news Redaksiyası13:46 - Bu gün
Kürdəmirdə avtoqəza olub, 4 nəfər xəsarət alıb

Kürdəmir rayonunun Şilyan kəndində yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

1news.az  report-a istinadən xəbər verir ki, Göyçay rayon sakini Rəsul İsmayılovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil idarəetməni itirib və yoldan çıxaraq aşıb.

Qəza nəticəsində sürücü və üç sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər