Bakıda qanunsuz pirotexniki vasitə dövriyyəsinin qarşısı alındı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qanunsuz pirotexniki vasitə dövriyyəsinin qarşısı alındı

1news Redaksiyası12:50 - Bu gün
Bakıda qanunsuz pirotexniki vasitə dövriyyəsinin qarşısı alındı

Pirotexniki vasitələr aşkar edilib.

1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhərinin Xəzər rayonu ərazisində həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik nəqliyyat vasitəsinə baxış keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsində 5 adda 1624 ədəd müxtəlif növ pirotexniki vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
35

Son xəbərlər

Bütün xəbərlər