İtaliyalı naziri: Azərbaycanla tərəfdaşlığımızı yeni səviyyəyə çatdırmalıyıq | 1news.az | Xəbərlər
Cəmiyyət

İtaliyalı naziri: Azərbaycanla tərəfdaşlığımızı yeni səviyyəyə çatdırmalıyıq

Qafar Ağayev12:13 - Bu gün
İtaliyalı naziri: Azərbaycanla tərəfdaşlığımızı yeni səviyyəyə çatdırmalıyıq

“Azərbaycan İtaliya üçün strateji tərəfdaşdır və iki ölkə arasında əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə yüksəlməlidir”.

1news.az xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajani bu gün Bakıda keçirilən Azərbaycan-İtaliya Biznes Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, İtaliya nümayəndə heyətinin tərkibində 200-dən artıq şirkətin forumda iştirak etməsi ölkəsinin Azərbaycanla iqtisadi əlaqələri genişləndirməkdə maraqlı olduğunu göstərir.

Nazirin sözlərinə görə, Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq illər ərzində keçirilən qarşılıqlı səfərlər və yüksək səviyyəli görüşlər nəticəsində daha da möhkəmlənib.

“Bugünkü Biznes Forum iki ölkə arasında əməkdaşlıqda keyfiyyətcə yeni mərhələnin başlanmasına imkan yaratmalıdır. Tərəflər daha iddialı hədəflər müəyyənləşdirməli, əməkdaşlığın vətəndaşların rifahına daha çox töhfə verməsinə çalışmalıdırlar”.

Nazir İtaliyanın tikinti, aqrar-ərzaq, maşınqayırma və dəmir yolu sektorlarında Azərbaycanla əməkdaşlığı genişləndirmək imkanlarına malik olduğunu bildirib.

Onun sözlərinə görə, İtaliya şirkətləri yüksək texnologiyaları və zəngin təcrübələri ilə Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə töhfə verə bilərlər.

Antonio Tajani əlavə edib ki, İtaliya kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək, eləcə də qarşılıqlı investisiyaları təşviq etmək üçün Azərbaycanla tərəfdaşlığın gücləndirilməsində maraqlıdır.

Paylaş:
38

Son xəbərlər

Bütün xəbərlər