Ötən həftə 470 hektar ərazi minalardan təmizlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən həftə 470 hektar ərazi minalardan təmizlənib

1news Redaksiyası12:25 - Bu gün
Ötən həftə 470 hektar ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə 16-22 noyabr 16 tank əleyhinə mina, 46 piyada əleyhinə mina, 468 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Hesabata əsasən, həmin müddət ərzində 469,8 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli təşkilat və bir QHT Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər