BP-nin regional prezidenti Bakı Ali Neft Məktəbində olub | 1news.az | Xəbərlər
Cəmiyyət

BP-nin regional prezidenti Bakı Ali Neft Məktəbində olub

12:40 - 15 / 11 / 2017
BP-nin regional prezidenti Bakı Ali Neft Məktəbində olub

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə Bakı Ali Neft Məktəbinin (BANM) professor-müəllim və tələbə kollektivi arasında böyük görüş olub.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, tədbirdə həmçinin BP və digər neft şirkətlərinin nümayəndələri, eləcə də yerli və xarici media nümayəndələri iştirak ediblər. BANM-in kampusunun Konqres zalında baş tutan tədbirdə cənab Qəri Counz  “Liderlik” mövzusunda masterklass  keçib.

Tədbiri ilk öncə Ali Məktəbin rektoru Elmar Qasımov bütün iştirakçıları salamlayaraq açıb və cənab Qəri Counza BANM-ə verdiyi önəm və eyni zamanda bugunki  mühazirəsinə görə dərin təşəkkürünü bildirib. Rektor həmçinin BP şirkətini Azərbaycanda 25 illik fəaliyyəti münasibətilə təbrik edib və BP-nin ölkəmizdə olan sosial fəaliyyətini yüksək qiymətləndirdiyini deyib. Elmar Qasımov BANM-ə olan böyük diqqətinə və birgə əməkdaşlığın inkişafına verdiyi dəyərli töhfələrə görə BP şirkətinin regional prezidenti Qəri Counza Bakı Ali Neft Məktəbinin Fəxri qonağı diplomunu təqdim edib.

Fəxri qonaq Qəri Counz Ali Məktəbin rektoruna  BP şirkəti ilə yaxın əməkdaşlığa görə  təşəkkür edərək  bildirib ki,  Azərbaycanda təhsilin inkişafına, o cümlədən neft və qaz mütəxəssislərinin yetişdirilməsinə dəstək BP-nin sosial sərmayə proqramlarının əsas istiqamətlərindən biridir. Cənab Counz məmnunluqla qeyd edib ki, BP-nin 2017-cil ildə işə qəbul etdiyi neft və qaz ixtisaslı 13 mühəndisin 5-i  BANM-in məzunudur, həmçinin yay təcrübəsi (interna) üçün seçdiyi 26 tələbənin 14-ü BANM-də təhsil alır.

Görüş zamanı cənab  Counz həmçinin  BP şirkətinin Azərbaycandakı 25 illik fəaliyyətinin uğurlarından danışıb, şirkətin kadrların milliləşdirilməsi siyasətini və  tələbə və məzunlara  xüsusi proqramlar vasitəsilə yay təcrübəsi və karyera imkanları  yaratdığını vurğulayıb.

Daha sonra o, liderlik haqqında  öz maraqlı fikirlərini bölüşüb, əsl liderlik  xüsusiyyətləri və liderliyə aparan yollar barəsində  tələbələrlə səmimi diskussiya aparıb. 1981-ci ildən bugünə qədər BP-də çalışan cənab Counz tədbir iştirakçıları ilə öz karyera təcrübəsini paylaşıb və bu illər ərzində fəaliyyətinin əsas istiqamətlərindən danışıb. Olduqca interaktiv və səmimi keçən görüşün sonunda tələbələr Qəri Counza onları maraqlandıran çoxsaylı suallar ünvanlayıblar.  

S.Xankişiyeva

Paylaş:
827

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilibBu gün, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıbBu gün, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunubBu gün, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTOBu gün, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilibBu gün, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcəkBu gün, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandıBu gün, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblərBu gün, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçiribBu gün, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunurBu gün, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilirBu gün, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydıBu gün, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıbBu gün, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilibBu gün, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki havaBu gün, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edirBu gün, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilibBu gün, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olunduBu gün, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilibBu gün, 14:57
Bütün xəbərlər