Meksika mətbuatı Qarabağa qanunsuz səfər edən deputatları kəskin tənqid edir | 1news.az | Xəbərlər
Siyasət

Meksika mətbuatı Qarabağa qanunsuz səfər edən deputatları kəskin tənqid edir

17:43 - 20 / 11 / 2017
Meksika mətbuatı Qarabağa qanunsuz səfər edən deputatları kəskin tənqid edir

Meksika mətbuatında bu ölkədən olan bir qrup deputataın Dağlıq qarabağa qanunsuz səfəri ilə bağlı yazılar dərc olunmaqdadır.

1news.az xəbər verir ki, Meksikanın nüfuzlu “El Financiero” qəzetində dərc edilmiş məqalədə qeyd olunub ki,  Azərbaycan səfirliyi Deputatlar Palatasına Morena və PRD deputatlarının Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən qeyri-qanuni olaraq işğal olunmuş ərazilərinə səfəri ilə bağlı Deputatlar Palatasına şikayət edib.

Deputatlar Marqarita Kuata, Karlos Hernandes Miron və Mariya Kristina Bravo Meksika-Ermənistan Dostluq Qrupu çərçivəsində Ermənistan hökumətinin dəvəti ilə həmin ölkəyə səfər ediblər, lakin orada Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionuna Azərbaycan hökumətinin icazəsi olmadan və Meksika Xarici Əlaqələr Katibliyinin (XİN) rəsmi xəbərdarlıqlarına baxmayaraq səfər ediblər.

Azərbaycan səfirliyinin müvəqqəti işlər vəkili Meksika Xarici Əlaqələr Katibliyinə göndərdiyi digər müraciətdə bu hərəkətin iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərin ruhuna uyğun olmadığı deyilir.

Bununla bağlı Azərbaycan nümayəndəsi Məmməd Talıbov Azərbaycan tərəfinin ciddi narazılığını bildirmək üçün  şəxsən Deputatlar Palatasının sədri Xorxe Karlos Ramirez Marin ilə görüşüb. Bildirib ki, Azərbaycanın müvəqqəti olaraq işğal altında olan ərazilərində Ermənistan tərəfindən yaradılmış separatçı rejim sonunda təcavüz və işğalın məhsuludur və buna görə də sözügedən səfər təxribat və qəbuledilməz xarakterlidir və ikitərəfli münasibətlərə xələl gətirmək xarakteri daşıyır. Deputatlar Palatasından səfərin araşdırılması və gələcəkdə bu kimi halların baş verməməsi məqsədilə tədbirlərin görülməsi xahiş edilir.( http://www.elfinanciero.com.mx/nacional/causa-morena-hasta-conflicto-internacional-con-azerbaiyan.html)

“La Jornada paytaxt qəzet”I isə yazıb ki, Azərbaycan səfirliyi üç deputatın təcavüzə məruz qalmış əraziyə qeyri-qanuni səfərini pisləyir. http://www.jornada.unam.mx/2017/11/17/politica/021n1pol

Vurğulanıb ki, Azərbaycanın Meksikadakı səfirliyi Morena deputatları Marqarita Kuata və Karlos Hernandes Miron və PRD partiyasından olan deputat Mariya Kristina Bravonun (Konqres tərəfindən ödənilən ezamiyyət üçün vəsaitdən istifadə edərək Ermənistana səfər etmişdirlər) Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfərləri ilə bağlı Xarici Əlaqələr Katibliyi (XİN) və Deputatlar Palatasına şikayət göndərib. Bildirib ki, qeyri-rəsmi səfər həm Azərbaycan Respublikası qanunvericiliyini həm də Meksika XİN-nin xəbərdarlıqlarını pozub.

Deputatlar Palatası bununla bağlı Meksika XİN-dən Azərbaycan səfirliyinin notası və məsələnin araşdırılması tələbi ilə bağlı məlumat alıb.

Adıçəkilən deputatlar 21-28 oktyabr tarixində Ermənistan-Meksika Dostluq Qrupu adından Yerevanda səfərdə olmalı idilər və buna görə də qanunverici orqan tərəfindən həmin səfər ödənilib. Lakin həmin səfər deputatların heç də xeyrinə olmadı, belə ki, onlar münaqişə tərəflərin biri tərəfindən istifadə olundular və buna görə də Azərbaycan nümayəndəliyi tərəfindən hiddətli şəkildə ittiham olundular: “Bu gün Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı digər yeri region Ermənistan silahlı qüvvələrinin işğalı altındadı. Yüz minlərlə azərbaycanlı bu ərazilərdən zorla çıxarılıb. BMT TŞ dörd qətnaməsi Azərbaycanın ərazi bütövlüyünü təsdiq edir və işğalçı qüvvələrin həmin ərazilərdən çıxarılmasını tələb edir.”

Azərbaycanın Meksikada müvəqqəti işlər vəkili Məmməd Talıbov Meksika XİN-nin işğal olunmuş ərazilərə Azərbaycan Hökumətinin icazəsi olmadan səfər etməyə qadağan olması barədə xəbərdarlığına məhəl qoyulmamasını   deputatların açıq aydın məsuliyyətsizliyi adlandırır.

 “Televisa” Şirkətlər Qrupu” Azərbaycan Morena və PRD deputatların səfəri ilə bağlı demarş edib” məqaləsində  http://noticieros.televisa.com/ultimas-noticias/nacional/2017-11-16/azerbaiyan-presenta-queja-visita-ilegal-diputados-morena-y-prd/

http://noticieros.televisa.com/videos/representante-azerbaiyan-protesta-visita-mexicanos-territorio-ocupado/  (VİDEO !!! – Xəbərlər Proqramı) məsələ barədə ətraflı yazıb. Deputatların Ermənistanın dəvəti ilə 21-28 oktyabr tarixlərində Ermənistanda olduqlarını, lakin eyni zamanda Ermənistanın hərbi işğalı altında olan Azərbaycan ərazilərinə də getdiklərini vurğulayıb. Buna görə də Azərbaycan səfirliyi Xarici Əlaqələr Katibliyinə (XİN) nota verərək həmin səfərlə bağlı ciddi narazılıqlarını bildirib, bu qeyri-qanuni səfəri həyata keçirərkən deputatlar həm Azərbaycan Respublikası qanunvericiliyini həm də Meksika XİN-nin xəbərdarlıqlarını pozduğu vurğulanıb. Bundan əlavə həmin deputatların səlahiyyətlərini aşaraq işğal olunmuş ərazilərdə separatçı rejimin nümayəndələri ilə də görüşdükləri və bunun hamısının Meksika ilə Azərbaycan arasında mövcud olan dostluq və əməkdaşlıq ruhuna uyğun olmadığı və bu hərəkətin məqsədinin həmin münasibətlərə xələl gətirmək olduğu deyilir, onun araşdırılması tələb edilir.

Cronica qəzetinin məqaləsi isə “Qanunvericilərin turizmi diplomatik münaqişəyə gətirib çıxarırⅦ adlanır. http://www.cronica.com.mx/notas/2017/1053013.html

“Doğru deyirlər ki, ən böyük cahillik bilməli olan nəyi isə bilməməkdir. Bunu bir daha Morena və PRD deputatların Azərbaycan ərazisinə həmin ölkə ilə Meksika arasında diplomatik münaqişə yaradan səfəri faktı sübut etdi Azərbaycan Qafqaz regionunun ən böyük müstəqil ölkəsidir. 1991-ci ildə müstəqilliyini qazandıqdan sonra  Dağlıq Qarabağ müharibəsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və digər yeddi regionunu işğal edib.

Ermənistan tərəfindən hərbi işğal altında olan bu ərazilərə edilmiş həmin qeyri-qanuni səfər ilə bağlı Azərbaycan Səfirliyi Deputatlar Palatasına demarş edib.

21-28 oktyabr tarixlərində Meksika-Ermənistan Dostluq Qrupu səfəri çərçivəsində Yerevana gedib, oradan bir günlük işğal olunmuş Dağlıq Qarabağ ərazisinə yola düşüb və orada Ermənistanı dəstəkləyən bəyanatlar verərək onlarla bağlı video reportaj hazırlanıb”, deyə məqalədə vurğulanıb.

Quadratin CDMX (Paytaxt qəzeti) isə hesab edir ki, Morena və PRD deputatları Azərbaycanla münasibətləri risk altına alırlar.

https://mexico.quadratin.com.mx/diputados-morena-prd-ponen-riesgo-relacion-azerbaiyan/

O biri məqalələrdəki kimi, deputatların qeyri-rəsmi olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi və buna Azərbaycan tərəfinin hiddətli reaksiyası qeyd olunur. Məqalədə  Azərbaycan səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbovun Meksika Deputatlar Palatasının sədrinə məktubunun tam mətni yerləşdirilib.

Həmçinin məqalədə aşağıdakı vacib məqam qeyd olunur: “Adıçəkilən deputatların Ermənistan ilə Azərbaycan arasında münaqişənin incəliklərindən xəbərsiz olmaları bir daha onların fərasəti və siyasi bilikli olmaqları və millət vəkili kürsüsünü tutmağa nə qədər layiq olduqları sual doğurur. Bundan əlavə Morena partiyasının bir çox üzvlərinin millət vəkili olmaq üçün nə lazımi təhsili nə də kifayət qədər siyasi biliyinin olması barədə fikirlər xatırlanır. Bu beynəlxalq skandalda isə PRD və Morena deputatlarının söyləyəcəkləri arqument azdır, çünki Ermənistan-Meksika Dostluq qrupuna daxil olmalarına baxmayaraq nə regiondakı incəlik nə də belə bir problem olmaması üçün elementar hüquq və protokoldan xəbərləri yoxdur.

Ümumiyyətlə məsələ demək olar ki Meksikanın əksər media resurs və KİV-də işıqlandırılıb. Məqalələrin hamısında səfərin qeyri-qanuni olduğu, həmin ərazilərin Azərbaycana aid olduğu və Ermənistan tərəfindən işğal olunduğu, buraya səfər etmək üçün Azərbaycan hökumətindən icazə almağın zəruri olduğu qeyd olunur. Azərbaycan səfirliyinin bütün arqumentləri məqalələrin hamısında tam olaraq yazılır, əksər hallarda deputatlar kəskin tənqid olunur, bu hərəkətlərinin məsuliyyətsiz olduğu deyilir. Deputatlar Palatasının sədrinin və Deputatlar Palatasının sosial şəbəkələrdə rəsmi səhifələrində Azərbaycan Səfirliyinin nümayəndəsi ilə görüşdükdən sonra Meksika-Azərbaycan dostluq əlaqələrini və Azərbaycan ərazi bütövlüyünü dəstəkləyən bəyanatların yerləşdirildiyi deyilir.

https://www.eleconomista.com.mx/politica/Diputados-del-PRD-y-Morena-crean-conflicto-diplomatico-con-Azerbaiyan--20171116-0096.html

https://www.sdpnoticias.com/nacional/2017/11/17/embajada-de-azerbaiyan-presenta-queja-contra-3-diputad

http://www.xeu.com.mx/nota.cfm?id=935898

http://www.zocalo.com.mx/new_site/articulo/causan-diputados-crisis-con-azerbaiyan

http://www.sopitas.com/815125-diputados-morena-prd-azerbaiyan/

https://www.elsoldemexico.com.mx/mexico/politica/diputados-de-morena-y-prd-generan-conflicto-diplomatico-313988.html

https://www.lajornadamaya.mx/2017-11-17/Denuncia-Azerbaiyan-a-3-diputados-mexicanos

http://www.vanguardia.com.mx/articulo/provocan-diputados-de-morena-y-prd-conflicto-diplomatico-con-azerbaiyan

http://segundoenfoque.com/viaje-diplomatico-diputados-puso-apuros-mexico-2017-11-20

 

Paylaş:
558

Son xəbərlər

ARDNF ötən ay satılan ABŞ dollarının məbləğini açıqladı02 / 07 / 2024, 17:50ADY sərnişin daşınmasını 20% artırıb02 / 07 / 2024, 17:40Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib02 / 07 / 2024, 17:33Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib02 / 07 / 2024, 17:27Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində hərəkət zolağı təşkil edilib02 / 07 / 2024, 17:15Azercell yeni Smartfon kampaniyasını təqdim edir!02 / 07 / 2024, 17:04ABB AKA Bankla müqavilə imzaladı02 / 07 / 2024, 17:02Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub02 / 07 / 2024, 16:58Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunub02 / 07 / 2024, 16:52Taksi sahəsində islahatlar - Tələbi qarşılamaq üçün hansı addımlar atılmalıdır? - ŞƏRH02 / 07 / 2024, 16:43Bəzi bölgələrdə yağış yağıb, şimşək şaxıb - FAKTİKİ HAVA02 / 07 / 2024, 16:36Prezident 2023-cü ilin dövlət büdcəsinin icrasını təsdiqləyib02 / 07 / 2024, 16:00BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb02 / 07 / 2024, 15:52Azərbaycanla Tacikistan arasında imzalanmış üç saziş təsdiq edilib02 / 07 / 2024, 15:48“Baku ID” festivalında startaplar 2 milyon dollardan artıq investisiya əldə etdilər! - FOTO02 / 07 / 2024, 15:24Azərbaycanın müdafiə naziri Belarusa səfər edib02 / 07 / 2024, 15:18Vətən müharibəsi iştirakçısının yardımınıza ehtiyacı var: “Xahiş edirəm, oğluma kömək edin” - FOTO02 / 07 / 2024, 15:17Azərbaycanın Tailanddakı səfiri dəyişib02 / 07 / 2024, 14:48ADY-də Çin nümayəndə heyəti ilə Orta Dəhlizə yeni yüklərin cəlb edilməsi müzakirə olundu02 / 07 / 2024, 14:34Azərbaycanın Los-Ancelesdəki baş konsulu geri çağırılıb - SƏRƏNCAM02 / 07 / 2024, 14:05
Bütün xəbərlər