Məleykə Əsədova 200 min manat təzminat tələbi ilə Xalq artistini məhkəməyə verib | 1news.az | Xəbərlər
Mədəniyyət

Məleykə Əsədova 200 min manat təzminat tələbi ilə Xalq artistini məhkəməyə verib

11:59 - 20 / 11 / 2017
Məleykə Əsədova 200 min manat təzminat tələbi ilə Xalq artistini məhkəməyə verib

Xalq artisti Məleykə Əsədova Xalq artisti Ramiz Məliki məhkəməyə verib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, M.Əsədova bununla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Xalq artisti həmkarından şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.

Qeyd edək ki, Ramiz Məlik mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlədib.

S.Xankişiyeva

 

Paylaş:
1215

Son xəbərlər

Bütün xəbərlər