Naxçıvan Qarnizonunda praktiki atışlar icra olunub – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvan Qarnizonunda praktiki atışlar icra olunub – VİDEO

13:09 - 21 / 11 / 2017
Naxçıvan Qarnizonunda praktiki atışlar icra olunub – VİDEO

Naxçıvan Qarnizonunda davam edən komanda-qərargah hərb oyunlarında praktiki atışlar icra olunub.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, komanda-qərargah hərb oyunlarının ssenarisinə əsasən praktiki fəaliyyətlərə cəlb edilən bölmələr yaranmış əməliyyat şəraitinə uyğun olaraq şərti düşmənin hücumunu dəf edərək onu öz mövqelərinə geri çəkilməyə məcbur edib, aktiv fəaliyyətlərlə vacib yüksəklik və hüdudları ələ keçirib, həmin mövqelərdə möhkəmlənib.

Gecə və gündüz şəraitində artilleriya bölmələri hücumu praktiki atəşlə dəstəkləyib, mühəndis-istehkam bölmələri qrupların maneəsiz hərəkətini təmin edib.

Bölmələrin fəaliyyəti Ordu aviasiyası və hava hücumundan müdafiə bölmələri tərəfindən havadan himayə edilib, taktiki desantın təyin olunmuş rayonlara çıxarılması həyata keçirilib.

Təlim zamanı döyüşün hərtərəfli təminatı üzrə təmir və təxliyə tapşırıqları yerinə yetirilib.

1news.az

Paylaş:
561

Son xəbərlər

Bütün xəbərlər