Hava şəraiti dəyişir: Yağış və qar yağacaq, güclü külək əsəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Hava şəraiti dəyişir: Yağış və qar yağacaq, güclü külək əsəcək

13:34 - 21 / 11 / 2017
Hava şəraiti dəyişir: Yağış və qar yağacaq, güclü külək əsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi noyabr ayının 22-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb  küləyi əsəcək, gündüz  güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 13-16, Bakıda gecə 10-12, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 753 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 22-də qərb rayonlarından başlayaraq arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi  əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 13-17, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir. 

Babək Cahandarov

Paylaş:
639

Son xəbərlər

Bütün xəbərlər