Xəzər İbrahim: NATO təlimindəki səhvin heç bir izahatı yoxdur | 1news.az | Xəbərlər
Siyasət

Xəzər İbrahim: NATO təlimindəki səhvin heç bir izahatı yoxdur

13:40 - 21 / 11 / 2017
Xəzər İbrahim: NATO təlimindəki səhvin heç bir izahatı yoxdur

NATO təlimində Türkiyəyə qarşı edilən səhvin və ağla sığmayan addımın atılmasının heç bir izahı ola bilməz.

1news.az  “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib.

O bildirib ki, Türkiyə NATO-nun hər zaman ən önəmli üzvlərindən biri  olub: “Mustafa Kamal Atatürk və prezident Rəcəb Tayyib ƏrdoğanTürkiyənin simvollarıdır. Hər ikisi Qərblə Türkiyənin  münasibətlərinin inkişafı üçün çox işlər görüb, hər zaman dostlarının yanında olub. NATO təlimində belə bir səhvə yol verilməsinin, ağlagəlməz addımın atılmasının izahı yoxdur. Hadisədən sonra NATO tərəfindən dəfələrlə üzr istənildi. Türkiyənin bu izahatları qəbul etməməsi tamamilə məntiqlidir. Bir daha qeyd edirəm ki, bu kimi işlər ağla və məntiqə sığmır”.

Qeyd edək ki, NATO-nn Norveçdə keçirilən təlimləri zamanı Atatürkün və Ərdoğanın fotosu atış hədəfi kimi seçilib.

1news.az  

Paylaş:
1286

Son xəbərlər

Bütün xəbərlər