Siyavuş Novruzov Milli Məclisdə bankları sərt tənqid edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Siyavuş Novruzov Milli Məclisdə bankları sərt tənqid edib

16:52 - 21 / 11 / 2017
Siyavuş Novruzov Milli Məclisdə bankları sərt tənqid edib

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov kommersiya banklarını sərt tənqid edib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, Milli Məclisdə 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən S.Novruzov deyib ki, kommersiya bankları insanlardan dollarla nisbətdə sığortalanmış vəsaiti 3 faizdən götürür, 12 faizdən yuxarı isə verir:

“Arada qalan fərqi özləri üçün sərf edirlər. Sabah bir problem yarananda da camaatı dövlətin üstünə göndərirlər. Qazanan həmin kommersiya bankı olub, burada dövlətin elə bir qazancı olmayıb. İndi həmin şəxslər zəhmət çəkib problemli kreditlərin bağlanmasına köməklik göstərsinlər. 10 illərlə qazanıblar, indi vətəndaşın həmin probleminə kömək etmək lazımdır.

12 faizlə depozit götürür, həmin vəsaiti 28-30 faizlə vətəndaşa kredit verir. Burada 2-3 dəfə fərq yaranır. Bunlara ciddi nəzarət olmalıdır ki, heç olmasa yaratdığı problemləri aradan qaldırsınlar. Vətəndaşların hüququ qorunsun və onları dövlətdən narazı salmasınlar”.

S.Xankişiyeva

 

Paylaş:
514

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olundu24 / 09 / 2024, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilib24 / 09 / 2024, 14:57
Bütün xəbərlər