Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir

12:10 - 21 / 11 / 2017
Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir

Bu gün Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir.

1news.az xəbər verir ki, 22 il əvvəl - 21 noyabr 1995-ci il tarixində 11 qurum tərəfindən Azərbaycanın ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası təsis olunub.

Yarandığı gündən möhkəm və dayanıqlı bünövrə üzərində qurulan bu platforma tezliklə ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edərək Azərbaycan gəncliyinə öz töhfələrini verməyə başladı. Həyata keçirilən fəaliyyət nəticəsində dövlət qurumları ilə etibarlı tərəfdaşlıq əlaqələri qurulmağa, beynəlxalq gənclər platformaları ilə əməkdaşlıq formalaşmağa və bu töhfələrdən ilhamlanaraq Milli Şuranın ailəsinə qatılan gənclər təşkilatlarının sayı artmağa başlayıb.

Bu gün özündə 124 gənclər təşkilatını birləşdirən Milli Şura ölkə gəncləri və gənclər təşkilatlarının yeganə konfederativ sturukturu, vahid koordinasiya və əməkdaşlıq mərkəzi olmaqla onların beynəlxalq inteqrasiyasını təşkil və təmin edən qurumdur. Milli Şuranın missiyası vətəndaş cəmiyyətinin formalaşmasında gənclər və gənclər təşkilatlarının rolunun artırılmasıdır. 

Milli Şuranın məqsədi onun tərkibinə daxil olan uşaq və gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək, onların inkişafı üçün şərait yaratmaq, üzv təşkilatların milli, regional və beynəlxalq səviyyədə maraqlarının həyata keçirilməsinə çalışmaq, gənclərin problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində birgə iş aparmaq, gənclər və onların təşkilatları arasında ümummilli məsələlərin həllində həmrəyliyə nail olmaqdır. 

Təşkilatın əsas vəzifəsi fəaliyyətində gənclərin bilik və bacarığının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik dövlət quruculuğu işlərinə yönəltməkdir.

Platforma 1997-ci ildən Avropa Gənclər Forumu və Türk Dünyası Gənclər Birliyinin, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu, 2004-cü ildən isə İslam Konfransı Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvüdür. 2000-ci ildə Avropa Gənclər Forumunun tam hüquqlu üzvünə çevrilən Milli Şura ilk dəfə 2004-cü ilədək Avropa Şurasının gənclər üzrə Məşvərət Şurasında təmsil olunub, 2014-cü ildən yenidən Məşvərət Şurasının üzvü seçilib. 2002-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Avrasiya Beynəlxaq İnkişaf Assosiasiyası ilə birlikdə İslam Konfransı Gənclər Forumunun yaradılması təşəbbüsü ilə çıxış edərək 2003-cü ildə Bakı şəhərində Forumun təsisçilərinin 1-ci görüşünü təşkil edib.

2012-ci illərdə Milli Şura xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlılardan fəaliyyətini əlaqələndirən Dünya Azərbaycanlı Gənclər Birliyi, 40-a yaxın ölkənin gənc liderləri və nümayəndələrini əhatə edən “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Təşkilatının yaradılmasında iştirak edərək, bu qurumların həmtəsisçisi olub. Milli Şura həmin il Afrika qitəsinin 55 ölkəsində gənclərin fəaliyyətini əlaqələndirən “Pan-Afrika” Gənclər Birliyi ilə əməkdaşlıq haqqında memorandum imzalayıb və tərəfdaşlıq əlaqələrinin qurulmasına nail olub.

2014-cü ildə Milli Şura Dünya Gənclər Assambleyasına tamhüquqlu üzv kimi qəbul olunub, təşkilatın nümayəndəsi Dünya Gənclər Assambleyasının idarə heyətinin üzvü seçilib.

İllər keçdikcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqəti, dövlətin etimadı ilə əldə olunan nailiyyətlər gənclər sahəsində yaradıla biləcək önəmli imkanlar üçün əsas təşkil edir. Daima dayanıqlı inkişaf tempini qoruyan bu platforma qüdrətli Azərbaycan gücləndikcə böyüyür, Azərbaycan gənclər siyasətinə öz töhfəsini verməyə davam edir.

1news.az

Paylaş:
617

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olundu24 / 09 / 2024, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilib24 / 09 / 2024, 14:57
Bütün xəbərlər