FHN Akademiyasında BƏƏ Milli Müdafiə Kollecinin nümayəndə heyəti ilə görüş keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN Akademiyasında BƏƏ Milli Müdafiə Kollecinin nümayəndə heyəti ilə görüş keçirilib

20:33 - 22 / 11 / 2017
FHN Akademiyasında BƏƏ Milli Müdafiə Kollecinin nümayəndə heyəti ilə görüş keçirilib

Noyabrın 22-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Milli Müdafiə Kollecinin bir qrup yüksək rütbəli tələbə heyəti Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında olub.

FHN-dən 1news.az-a verilən məlumata görə, qonaqlar əvvəlcə Akademiyanın həyətində ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül-çiçək dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra Azərbaycan fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadənin iştirakı ilə BƏƏ nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Faiq Tağızadə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər, beynəlxalq təşkilatlar və dost ölkələrin müvafiq qurumları ilə əməkdaşlıqdan bəhs edib. O, həmçinin FHN-in və nazirliyin Akademiyasının fəaliyyətindən danışıb, maddi-texniki baza və yaradılan şərait haqda qonaqlara məlumat verib. Qeyd olunub ki, Akademiyada xarici tələbələrin təhsil almaları üçün lazımi şərait mövcuddur. Gələcəkdə BƏƏ ilə tələbə mübadiləsini həyata keçirmək mümkündür.

Qonaqpərvərliyə görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri, briqada generalı, pilot Salim Əl-Şamsi iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb. O, hər iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın dərinləşməsinin əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı “FHN-in Akademiyası” və “Xəzər-2017” beynəlxalq təliminə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.

Sonda qonaqlar Akademiyanın fəaliyyəti ilə yaxından tanış olublar.

1news.az

Paylaş:
546

Son xəbərlər

Bütün xəbərlər