Leyla Əliyeva UNİCEF-in regional direktoru ilə görüşüb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Leyla Əliyeva UNİCEF-in regional direktoru ilə görüşüb – FOTO

09:43 - 22 / 11 / 2017
Leyla Əliyeva UNİCEF-in regional direktoru ilə görüşüb – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ölkəmizdə səfərdə olan UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xan ilə görüşüb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Leyla Əliyeva UNICEF tərəfindən bütün dünyada uşaqların vəziyyətinin yaxşılaşdırılması naminə aparılan fəaliyyəti yüksək qiymətləndirərək, uşaqların rifahı, sağlamlığı və təhsilinin təmin edilməsinin gələcəyimiz üçün ən dəyərli sərmayə olduğunu vurğulayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti bu sahədə Azərbaycanda son illər böyük irəliləyişlərin əldə edildiyini bildirib, bununla bağlı işlərin davam etdiriləcəyinə və daha da genişləndiriləcəyinə əminliyini qeyd edib. Uşaqların ətraf mühitin mühafizəsi sahəsində təhsil almalarının və maarifləndirilməsinin əhəmiyyətinə toxunan Leyla Əliyeva IDEA İctimai Birliyi tərəfindən son 6 ildə uşaqların ekoloji biliklərinin artırılması istiqamətində həyata keçirilən çoxsaylı layihələr, o cümlədən eko laboratoriyalar, düşərgələr, kurslar və nəşrlər haqqında ətraflı məlumat verib.

UNICEF-in regional direktoru Əfşan Xan, öz növbəsində, ətraf mühit və davamlı inkişaf məsələləri üzrə uşaqların məlumatlandırılmasına yönəlmiş fəal səylərinə görə Leyla Əliyevaya öz minnətdarlığını bildirib. O, UNICEF-in iqlim dəyişikliyi, davamlılıq və digər ekoloji mövzuların tədris proqramına daxil edilməsində maraqlı olduğunu, bu barədə IDEA-nın fəaliyyətinin yüksək dəyərləndirdiyini qeyd edib.

Görüş zamanı tərəflər arasında uşaqların ekoloji təhsili üzrə mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib, eləcə də sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onların sosial müdafiəsi, reabilitasiyası və təhsili məsələləri üzrə fikir mübadiləsi aparılıb.

S.Xankişiyeva

 

Paylaş:
578

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olundu24 / 09 / 2024, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilib24 / 09 / 2024, 14:57
Bütün xəbərlər