BANM-da Layihələri İdarəetmə Məktəbi uğurla davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-da Layihələri İdarəetmə Məktəbi uğurla davam edir

10:00 - 22 / 11 / 2017
BANM-da Layihələri İdarəetmə Məktəbi uğurla davam edir

Bakı Ali Neft Məktəbi (BANM), İngiltərənin “TwentyEighty Strategy Execution” (STRATEX) şirkəti,  BP və onun tərəfdaşlarının birgə əməkdaşlığı ilə həyata keçirilən və ABŞ-ın  Corc Vaşinqton Universitetinin Magistr sertifikatı ilə təmin edən təlim proqramı - Layihə İdarəetmə Məktəbi uğurla davam edir.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, dövlət və özəl sektorda çalışan şirkətlərin böyük marağına səbəb olan bu proqram iştirakçılara Layihə Menecmentinin dərinliklərini öyrədir və sonda proqramı uğurla başa vuranları ABŞ-ın Corc Vaşinqton Universitetinin Magistr Sertifikatı ilə təltif edir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən  may ayında açılan BANM-in yeni kampusunda Layihə İdarəetmə Məktəbinin hər iki qrupunun növbəti modulları - “Layihə rəhbərləri üçün keyfiyyət” və “Risklərin İdarə edilməsi” təlimləri keçirilib.

“Stream 16” qrupuna keçirilən “Layihə rəhbərləri üçün iş keyfiyyəti” kursunu Stratex şirkətinin ən peşəkar təlimçilərindən olan Con Pelham keçib. Kurs zamanı iştirakçılara layihə keyfiyyət idarəçiliyi, layihə keyfiyyətini planlaşdırma, layihə keyfiyyətinə təminat, layihə keyfiyyətinə nəzarət kimi mövzularda təlim keçilib və onlar bu istiqamətdə çoxlu fikir mübadiləsi və qrup çalışmaları ediblər.

Eyni gündə “Stream 17” qrupuna Stratex şirkətinin xüsusi peşəkarlığı ilə seçilən  təlimçisi Didye Estibal  “Risklərin İdarə edilməsi” kursunu keçib. İştirakçılar bu kursda layihə risklərini idarə etmək üçün praktiki və səkkiz pilləli prosesdən istifadə, təhlükə və imkanları müəyyən etmək və onların layihədəki nisbi qiymətini müəyyən etmək, məhdud strategiyalardan istifadə etməklə çoxsaylı risklərə nəzarət  etmək kimi aidiyyatı mövzuları mənimsəyiblər.

Sonda BANM-in rektoru Elmar Qasımov Layihə İdarəetmə Məktəbinin “Stream 16” qrupunun iştirakçılarına ilk üç kursu bitirməkləri  və layihə idarəetməsi üzrə əsas baza təlimləri başa çatdırmaları münasibətilə Amerikanın Corc Vaşinqton Universitetinin və İngiltərənin Stratex şirkətinin birgə “Associate’s Certificate in Project Management” sertifikatlarını təqdim edib.

S.Xankişiyeva

 

Paylaş:
771

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olundu24 / 09 / 2024, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilib24 / 09 / 2024, 14:57
Bütün xəbərlər