Xızıda 97 ədəd partlamamış hərbi sursat və mərmi qalıqları tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xızıda 97 ədəd partlamamış hərbi sursat və mərmi qalıqları tapılıb

09:44 - 23 / 11 / 2017
Xızıda 97 ədəd partlamamış hərbi sursat və mərmi qalıqları tapılıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar keçirdiyi əmliyyatla bağlı yeni məlumat yayıb.

Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, noyabrın 22-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

Keçirilmiş baxış zamanı 97 ədəd partlamamış hərbi sursat (PHS), 192 ədəd partlamış-yanmış mərmi qalıqları və 468 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 197 000 kv.m (19.70 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 77 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 15 ferma ərazisinə, 44 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryolunun Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib.

Keçirilmiş baxışlar zamanı 19 591 ədəd partlamamış hərbi sursat (PHS), 9 151 ədəd partlamış-yanmış sursat qalıqları və 69 838 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 69 631 785 kv.m (6 963 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

1news.az

Paylaş:
613

Son xəbərlər

Bütün xəbərlər