WTI markalı neftin qiyməti 59 dolları ötüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

WTI markalı neftin qiyməti 59 dolları ötüb

23:37 - 24 / 11 / 2017
WTI markalı neftin qiyməti 59 dolları ötüb

Dünya birjalarında neft bahalaşmaqdadır.

1news.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 59,03 dollar təşkil edib.

İCE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,5% artaraq 58,97 dollar olub.

Beləliklə, WTI markalı neftin qiyməti 2015-ci il, iyunun 30-dan dən etibarən ilk dəfə 59 dolları ötüb.

1news.az

Paylaş:
880

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər