Azərbaycana narkotik maddə keçirmək istəyən İran vətəndaşları tutuldular | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycana narkotik maddə keçirmək istəyən İran vətəndaşları tutuldular

21:09 - 27 / 11 / 2017
Azərbaycana narkotik maddə keçirmək istəyən İran vətəndaşları tutuldular

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən narkotik vasitə­lərin qaçaqmal yolu ilə ölkə ərazisinə gətiril­məsinin qarşısı alınıb.

1news.az-ın DSX-nin saytına istinadən verdiyi xəbərə görə, noyabr ayının 24-də Astara rayonunun Oruc­məhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhə­dinin pozulmasına cəhd edilib.

Sərhədçilərin sayıqlığı nəticəsində dövlət sərhədinin pozul­masının qarşısı alınıb, hadisə ye­rindən qaçmağa cəhd edən 2 nəfər sərhəd pozucusu yaxalan­ıb.

İran vətəndaşları olan sərhəd pozucula­rının - 1972-ci il təvəllüdlü Sasanian Vəhdət Qasım oğlunun və 1973-cü il təvəllüdlü Qəvipur Xotpesara Fərəc oğlunun üzərindən 2 kq 355 qram heroin, 3 kq 10 qram tiryək, 355 qram “Metamfetamin” və 993 ədəd psixotrop dərman preparatı olan “Metadon” həbi aşkar olunub.

Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.

1news.az

Paylaş:
887

Son xəbərlər

Bütün xəbərlər