Leyla Əliyeva Moskvada “Pəncərədən düşən işıq” sənədli filminin təqdimatında iştirak edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Leyla Əliyeva Moskvada “Pəncərədən düşən işıq” sənədli filminin təqdimatında iştirak edib - FOTO

10:19 - 28 / 11 / 2017
Leyla Əliyeva Moskvada “Pəncərədən düşən işıq” sənədli filminin təqdimatında iştirak edib - FOTO

Noyabrın 27-də Moskvanın “Oktyabr” kinoteatrında “Pəncərədən düşən işıq” sənədli filminin təqdimat mərasimi keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, filmin ideya müəllifi və baş prodüseri Leyla Əliyeva mərasimdə iştirak edib.

“Pəncərədən düşən işıq” sənədli filmi Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə çəkilib. Filmin ssenari müəllifi və rejissoru Oleq Şommerdir.

Ekran əsərinin nümayişindən əvvəl Leyla Əliyeva və rejissor Oleq Şommer, filmin qəhrəmanlarından biri olan Aleksandra Abıdennova səhnəyə çıxdılar.

Filmin üzərində təxminən bir il işlədiklərini diqqətə çatdıran Oleq Şommer dedi: “Filmin yaranması ideyası Leyla xanımın belə bir sualından doğdu: “Dünyada nədən bu qədər təcavüz var? Axı hər kəs özünü yaxşı insan sayır. Bəs nə üçün dünyada bu qədər pislik var?”. Biz bu suallara cavab vermək qərarına gəldik və elə qəhrəmanlarımız da bu və ya digər dərəcədə bu suallara cavab veriblər”. O.Şommer vurğuladı ki, filmin qəhrəmanları Şərlə mübarizə aparırlar, özlərinə “Mən bu gün hansı yaxşılığı etmişəm?” sualını verirlər və əksər hallarda pisliklərə qalib gəlirlər.

Rejissor filmin qəhrəmanları Vüsalə Kərimova və Aleksandra Abıdennova barədə də söhbət açdı. O qeyd etdi ki, bu qızların həyat eşqi bizim hər birimizə nümunə ola bilər. O.Şommer ekran əsərinin ərsəyə gəlməsinə görə Heydər Əliyev Fonduna, Fondun vitse-prezidenti Leyla Əliyevaya və çəkiliş qrupuna minnətdarlığını bildirdi.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva filmə maraq göstərdiklərinə görə tamaşaçılara, eləcə də rejissor Oleq Şommerə minnətdarlıq edərək dedi: “Oleqə dərin təşəkkürümü bildirirəm. Film çox səmimi və həqiqi alınıb. Bu ekran əsəri Xeyir və Şər haqqındadır. Filmlə demək istəyirik ki, biz bir-birimizlə bağlıyıq, hamımız bir bütövün tərkib hissəsiyik. Biz başqasına xeyirxahlıq edəndə elə özümüzə xeyirxahlıq etmiş oluruq, eləcə də kiminsə xatirinə dəyəndə, özümüzü incitmiş oluruq. Başlıcası odur ki, bizim qəlbimizdə sevgi var, sevgi isə dünyada ən böyük qüvvədir”.

Filmin süjet xətti Xeyirin Şərlə mübarizəsi üzərində qurulub. Filmdə tamaşaçı 20 ildən çox həbsxana həyatı yaşamış və hazırda hər gününü xeyirxahlıqla başlayan insanla, onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların yaşaması üçün mübarizə aparan həkimlərlə tanış olur. Ekran əsərinin daha bir qəhrəmanı əlil arabasında gəzməsinə baxmayaraq, ali məktəbdə oxuyur, bal rəqsləri ilə məşğul olur, Olimpiya Oyunlarına hazırlaşır, paraşütdən tullanır, bununla da yaşamaq uğrunda mübarizə aparır və Şərə qalib gəlir.

Filmdə həyat fəlsəfəsi, Xeyirin Şərə qalib gəlməsi, insanın yaşamaq uğrunda mübarizəsi əksini tapıb.

Təqdimat mərasimində Rusiyanın tanınmış mədəniyyət və ictimai xadimləri, tələbələr, filmin qəhrəmanlarından bəziləri iştirak ediblər.

S.Xankişiyeva

 

Paylaş:
974

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olundu24 / 09 / 2024, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilib24 / 09 / 2024, 14:57
Bütün xəbərlər