Yaqub Mahmudov: Rusiya, ABŞ və Fransa kiçik Ermənistana təzyiq göstərmir – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Yaqub Mahmudov: Rusiya, ABŞ və Fransa kiçik Ermənistana təzyiq göstərmir – VİDEO

10:44 - 28 / 11 / 2017
Yaqub Mahmudov: Rusiya, ABŞ və Fransa kiçik Ermənistana təzyiq göstərmir – VİDEO

Dağlıq Qarabağ probleminin həlli mümkündür. Bu problemi həll etməkdən ötrü Minsk Qrupunun təmsilçiləri - Rusiya, ABŞ və Fransa öz mövqelərini qəti bildirməlidirlər.

1news.az-ın verdiyi xəbərə görə, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov “Bloomberg TV Bulgaria” televiziya kanalına müsahibəsində deyib.

“İşğalçı Azərbaycan torpağından qoşunlarını çıxarmalıdır. Lakin Azərbaycan xalqı narazıdır ki, 3 böyük dövlət - Rusiya, ABŞ və Fransa kiçik Ermənistana təzyiq göstərmir", - deyə Yaqub Mahmudov qeyd edib.

Deputat bildirib: “Azərbaycanın Avropa siyasətində Bolqarıstan mühüm yer tutur. Biz Azərbaycanda Bolqarıstana Avropaya açılan qapı kimi baxırıq. Bizim enerji siyasətimizdə Bolqarıstanın mühüm yeri var. Yaxın zamanlarda Azərbaycanın karbohidrogen və qaz ehtiyatlarından Bolqarıstana böyük pay düşəcək. Bakı-Tbilisi-Qars dəmiryolunun açılması bizim Bolqarıstanla da iqtisadi əlaqələrimizə çox müsbət təsir göstərəcək”.

S.Xankişiyeva

Paylaş:
613

Son xəbərlər

Bütün xəbərlər