Dünya bazarlarında neft ucuzlaşır
Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,45 dollar ucuzlaşaraq 63,16 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,30 dollar azalaraq 57,69 dollar təşkil edib.
1news.az
628