Azərbaycan səfirliyi EKO sərgisində - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan səfirliyi EKO sərgisində - FOTO

11:09 - 29 / 11 / 2017
Azərbaycan səfirliyi EKO sərgisində - FOTO

İslamabad şəhərində Pakistan Xarici İşlər Nazirliyi tərəfindən 28 noyabr-İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Günü münasibəti ilə təşkil olunan sərgidə Azərbaycanın Pakistandakı səfirliyi də iştirak edib.

1news.az-a səfirlikdən verilən məlumata görə,  Pakistanın Planlaşdırma Komissiyasının sədr müavini, sabiq xarici işlər və maliyyə naziri Sartac Əzizin, Pakistan Milli Assambleyası Xarici İşlər komitəsinin sədri Maxdum Xusro Bəxtiyarın, Pakistan Senatının Xarici İşlər komitələrinin sədri xanım Nuzhat Sadiqin, xarici İşlər katibi Təhminə Cancuanın, xarici ölkələrin Pakistandakı səfirlərinin, diplomatların və aparıcı media nümayəndələrinin qatıldığı sərgidə İƏT üzvü olan ölkələrin səfirlikləri öz ölkələrinin siyasi tarixini, mədəniyyətini, iqtisadi vəziyyətini əks etdirən materiallar nümayiş etdiriblər.

Tədbirdə çıxış edən ali qonaqlar-S.Əziz, M.Xusro Bəxtiyar, N.Sadiq və T.Cancua İƏT-in yaranma və inkişaf tarixindən, təşkilatın region ölkələrinın siyasi, iqtisadi və mədəni əməkdaşlığında, həmçinin sülh və təhlükəsizliyin qorunmasında oynadığı mühüm roldan danışaraq, mövcud əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Daha sonra, sərgiyə təşrif gətirənlər İƏT üzvü ölkələrin sərgi masalarını ziyarət ediblər.  Azərbaycanın Pakistandakı səfirliyinin sərgiyə çıxardığı Azərbaycanın dövlətçilik tarixini, iqtisadi inkişafını, mədəni dəyərlərini təcəssüm etdirən kitablar, fotoşəkillər və suvenirlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

P.Sultanova

Paylaş:
648

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər