Bakıda Azərbaycan-Türkiyə-Pakistan XİN rəhbərlərinin ilk üçtərəfli görüşü olacaq
Noyabrın 30-da Bakıda Azərbaycan-Türkiyə-Pakistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçiriləcək.
Bu barədə 1news.az-a XİN-in mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu və Pakistanın xarici işlər naziri Kavaca Məhəmməd Asif iştirak edəcək.
Görüşdən sonra nazirlər mətbuat konfransı keçirəcək.
P.Sultanova
692