2018-ci il Formula-1 Azərbaycan Qran-Prisinə əlverişli qiymətlərlə bilet satışı davam edir | 1news.az | Xəbərlər
İdman

2018-ci il Formula-1 Azərbaycan Qran-Prisinə əlverişli qiymətlərlə bilet satışı davam edir

16:13 - 04 / 12 / 2017
2018-ci il Formula-1 Azərbaycan Qran-Prisinə əlverişli qiymətlərlə bilet satışı davam edir

2018-ci il Formula-1 Azərbaycan Qran-Prisinə əlverişli qiymətlərlə bilet satışı davam edir.

1news.az  xəbər verir ki, dekabrın 31-dək həm xarici, həm də yerli avtoidman həvəskarları biletləri 20 faiz endirimli qiymətlərlə əldə edə bilərlər. Bundan başqa, sırf yerli sakinlərə əlavə 25 faizlik endirim də tətbiq olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan xarici vətəndaşlar daxildir.

İlkin endirim kampaniyası yalnız tribunaya olan və aprelin 26-29-da keçiriləcək yarışlara dördgünlük biletlər üçün keçərlidir. Hər bir tribunada bu kampaniya üçün məhdud sayda yer ayrılıb. Azyaşlılar üçün alınan dördgünlük biletlər də bu kampaniyaya daxildir. Azyaşlılar kateqoriyası yarış həftəsonu zamanı 2-16 yaşlarında olan yeniyetmələri əhatə edir. Azyaşlılar üçün biletlər ayrılıqda satılmır, yalnız böyüklər üçün biletlərlə birlikdə satılır. Böyüklər kateqoriyasına yarış həftəsonu ərəfəsində yaşı 16-dan çox olanlar aiddir. Bu kateqoriyaya aid hər bir şəxs özündən başqa ən çox iki azyaşlı bileti ala bilər. Azyaşlılarla yanaşı, 25 faizlik endirimdən yararlanan yerli sakinlər də yarış həftəsonu ərzində idman məkanlarına daxil olarkən şəxsiyyəti təsdiq edən sənədi göstərməlidirlər.

İlkin endirim kampaniyası müddətində yerli sakinlər dördgünlük biletlərin qiyməti tribunadan asılı olaraq, 160-600 manat arasında dəyişir. Azyaşlılar üçün bu qiymət müvafiq olaraq 120-420 manat təşkil edir. Bu kampaniya ərəfəsində dördgünlük biletlərə əlavə olaraq, ayaqüstü zonalara birgünlük bilet almaq mümkün olacaq. Bu zonalara birgünlük biletlərin qiyməti cümə günü üçün 60, şənbə günü üçün 100, bazar günü üçün isə 150 manatdır.

Gələn il yanvarın 1-dən biletlərin satışı yalnız xarici vətəndaşlar üçün tam qiymətlər üzərindən aparılacaq. Yerli sakinlər üçün nəzərdə tutulmuş 25 faizlik endirim qüvvədə qalacaq. Həmçinin 2018-ci ilin ilk günündən etibarən yeni bilet seçimləri satışda olacaq.

Gələn il Formula-1 Azərbaycan Qran-Prisi aprelin 27-29-da keçiriləcək.

1news.az   

 

Paylaş:
1084

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər