Sabahın havası: Paytaxtda yağış, dağətəyi rayonlarda qar | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahın havası: Paytaxtda yağış, dağətəyi rayonlarda qar

13:07 - 05 / 12 / 2017
Sabahın havası: Paytaxtda yağış, dağətəyi rayonlarda qar

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  1news.az-a  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturunun gecə 5-8° isti, gündüz 8-11° isti, Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 6-da Abşeron yarımadasında rütubətli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüzdən başlayaraq isə bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacağı gözlənilir.

1news.az 

 

 

Paylaş:
654

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olundu24 / 09 / 2024, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilib24 / 09 / 2024, 14:57
Bütün xəbərlər