Elmar Məmmədyarov Avstriyaya işgüzar səfərə yola düşüb | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Avstriyaya işgüzar səfərə yola düşüb

20:42 - 05 / 12 / 2017
Elmar Məmmədyarov Avstriyaya işgüzar səfərə yola düşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Vyanaya işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, səfər çərçivəsində E.Mammadyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri, Ermənistanın xarici işlər naziri ilə görüşəcək və 7-8 dekabr tarixlərində keçiriləcək ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirak edəcək.

ATƏT-in Nazirlər Şurasının iclasında nazir E.Məmmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

1news.az

Paylaş:
650

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər