“Kəpəz”də daha bir itki | 1news.az | Xəbərlər
Futbol

“Kəpəz”də daha bir itki

23:08 - 06 / 12 / 2017
“Kəpəz”də daha bir itki

Azərbaycan Kubokunun 1/4 final mərhələsində  “Keşlə” ilə qarşılaşacaq “Kəpəz” tam heyətlə məşq edə bilmir.

1news.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın yarımmüdafiəçisi Məhəmməd Qurbanov zədədən əziyyət çəkir.

Bir müddətdir ki, diz qapağında ağrıları olan Qurbanov müalicə olunur. “Qəbələ”yə qarşı matçda sıradan çıxan orta xətt oyunçusu tədricən sağalsa da, məşqlərin birində zədəsini təzələyib.

Xatırladaq ki, “Kəpəz”in heyətində daha iki futbolçu zədəlidir. Viktor Oseqeyl və Fərid Məmmədov komandaya kömək edə bilmir.

1news.az

Paylaş:
742

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər