“Neftçi”də yeni məşqçi | 1news.az | Xəbərlər
Futbol

“Neftçi”də yeni məşqçi

19:24 - 07 / 12 / 2017
“Neftçi”də yeni məşqçi

“Neftçi”də fiziki hazırlıq üzrə yeni məşqçi təyinatı olub.

1news.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu vəzifəni ukraynalı Dmitro Qolovko yerinə yetirəcək. 37 yaşlı məşqçi ilə mövsümün sonunadək müqavilə bağlanıb.

Dmitro Qolovko bunadək Ukraynanın “Dinamo” (Kiyev), “Krivbass”, “Karpatı”, “Volın”, “Çernomorets”, Rusiyanın “Volqa” klublarında və 2009-cu ildə gənclər arasında Avropa çempionu olmuş Ukraynanın U-19 milli komandasında çalışıb.

1news.az

Paylaş:
855

Son xəbərlər

Bütün xəbərlər